NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
14:04 | 1 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 365 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Danimarka ordusunda əsgər sayını artırmaq üçün qadınları məcburi hərbi xidmətə cəlb etmək qərarına gəlib. Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi yeni qanunla 1 iyul 2025-ci il tarixindən etibarən 18 yaşından yuxarı bütün qadınlar kişilərlə yanaşı püşkatma sisteminə tabe olacaq.
Ölkədə mövcud qanuna görə, 18 yaşından yuxarı kişilər üçün hərbi xidmət məcburidir, lakin könüllülərin sayı kifayət qədər olmadığından, bütün kişilər hərbi xidmətə püşkatma və seçim yolu ilə çağırılır. İndiyədək qadınlar orduya yalnız könüllü gedə bilirdilər. Yeni tənzimləmə ilə qadınlar da məcburi hərbi xidmətə cəlb olunacaq və püşkatma sisteminə daxil ediləcək.
Yeni qanunla məcburi hərbi xidmət müddəti də 4 aydan 11 aya qaldırılacaq. Hərbi xidmətə çağırılanlar ilk 5 ayda ilkin hərbi hazırlıq keçəcək, növbəti 6 ayda isə əməliyyat təlimlərində iştirak edəcəklər. 6 milyon əhalisi olan Danimarkada hazırda 9000 peşəkar əsgər var. Ölkə 2033-cü ilə qədər orduya hər il 6500 yeni çağırışçı əlavə etməyi hədəfləyir.
Bu addımla Danimarka Skandinaviya ölkələri arasında qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü ölkə oldu. Norveç 2013-cü ildə, İsveç isə 2017-ci ildə qadınları icbari hərbi xidmətə cəlb etmişdi. Danimarkanın bu islahatı Rusiyanın Ukraynaya müdaxiləsi və NATO ölkələrinin artan hərbi xərcləri qarşısında müdafiə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.