İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
11:57 | 1 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 97 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, İran İsraillə 12 günlük silahlı münaqişə zamanı özünü müdafiə etmək qabiliyyətini nümayiş etdirib və sübut edib. Araqçı deyib ki, Tehran ABŞ-dan İrana bir daha hücum etməyəcəyinə dair zəmanət alan kimi Vaşinqtonla danışıqlara qayıdacaq.
İranlı nazir Abbas Araqçi ABŞ-ın “CBS News” telekanalına müsahibəsində İran və ABŞ arasında davam etdirilməsi gözlənilən nüvə danışıqları ilə bağlı açıqlamalar verib: “Danışıqların o qədər tez bərpa olunacağını düşünmürəm. Yenidən danışıqlara qərar verməmiz üçün ilk növbədə danışıqlar zamanı ABŞ-ın bizə bir daha hərbi hücum etməyəcəyinə dair zəmanət almalıyıq. Bütün bu məsələləri nəzərə alsaq, qərar vermək üçün hələ vaxt lazımdır”.
***
Araqçının sözlərinə görə, İsraillə 12 günlük silahlı münaqişə zamanı İran özünün müdafiə qabiliyyətini nümayiş etdirib və sübut edib. Araqçı, “Bizə qarşı hər hansı təcavüz olarsa, bunu davam etdirəcəyik”, – deyib. ABŞ-la münaqişənin sülh yolu ilə həlli mümkün olub-olmadığını soruşduqda Araqçı diplomatiyanın qapılarının heç vaxt tam bağlanmayacağını bildirib: “Zənginləşdirmə texnologiyasını və biliyi bombalarla aradan qaldıra bilməzsiniz. Nə qədər ki, bu iradə və bu sektorda bir daha irəliləyiş əldə etmək iradəsi var, biz tez bir zamanda dəymiş ziyanı bərpa edə və itirilmiş vaxtı kompensasiya edə bilərik... Bizim dinc nüvə proqramımız milli qürur və şərəf məsələsinə çevrilib”.
Ötən həftə ABŞ prezidenti Donald Tramp ABŞ və İranın gələn həftə nüvə danışıqlarına başlayacağını açıqlamışdı. Daha sonra ABŞ-da yerləşən “NBC News” xəbər verdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə potensial nüvə sazişi ilə bağlı İran nümayəndələri ilə məsləhətləşmələr aparacaq. Danışıqlarda İranın uranın zənginləşdirilməsini dayandırması müqabilində ABŞ-ın İrana qarşı sanksiyalarını yumşaltması müzakirə olunacaq.
Aprel və may aylarında İran və ABŞ rəsmiləri nüvə proqramı ilə bağlı danışıqlar aparıb, məsləhətləşmələrin beş mərhələsi keçirilib. Lakin İsrailin İrana hücumları səbəbindən danışıqlar prosesi dayandırılıb.