vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
Təxminlər düz çıxdı 10:54 | 1 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təxminlər düz çıxdı

Avrozona inflyasiyası AMB-nin hədəfindədir

XALİDƏ

Avropa Statistika İdarəsi (Eurostat) Avrozona üçün İstehlakçı Qiymət İndeksi (İQİ) məlumatlarını dərc edib.

Avrozona inflyasiyası iyunda Avropa Mərkəzi Bankının (AMB) hədəfi daxilində qalıb və 1,9 faizdən 2 faizə yüksəlib. “Bloomberg”in sorğusunda iştirak edən 44 iqtisadçının orta təxmini də 2 faiz təşkil edib.

Aylıq inflyasiya gözləntilərə uyğun olaraq yüzdə 0,3 olaraq açıqlandı.

İyun ayında enerji, qida, spirt və tütün istisna olmaqla baza inflyasiya illik 2,3 faiz, xidmətlər üzrə inflyasiya isə 3,3 faiz olaraq açıqlandı.

Bu məlumatlar qlobal proseslərə görə inflyasiyanın nəzarət altına alınması prosesinin demək olar ki, tamamlandığını, lakin proqnozun qeyri-stabil olduğunu göstərir.

Digər tərəfdən, AMB-nin faiz endirimlərini dayandıracağı ehtimal olunur. Siyasətçilərin üç həftə ərzində öz iclaslarında faiz endirimlərini dayandırması gözlənilir.