
“Putinin əməkdaşlığı budur?”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Cinayətə, təxribatçıya və onların himayədarlarına burda yer yoxdur
Qarşıda qarşılıqlı olaraq daha kəskin addımlar atıla bilər
Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır
Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir
Ruslardan ibarət iki banda ələ keçdi
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
“Ukrayna Qəhrəmanı” PUA-lardan qorunmağın yolunu tapıb
Ukraynanın “F-16” pilotları azalır
İki hadisəni özümüz müqayisə edərkən ortaya əcaib nəticə çıxır
III Dünya müharibəsi zamanı özünüzlə götürəcəyiniz vacib əşyalar
“Rossiya Seqodnya” Rusiyanın feyk xəbər klonlayan peykidir
Həm qorxutmağa çalışır, həm də hörmət tələb edir
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Almaniya silah alışını sürətləndirir
Rusiya hərbi gəmiləri Yapon dənizində təlimlər keçirir
Raşizmin (faşizmin Rusiyadakı yeni növünün) tam olaraq hücuma keçdiyini anlayan rəsmi Bakı Rusiyanın təhdidlərini və zorbalığını dayandırmaq üçün hərəkətə keçib.
Belə də olmalıydı.
Bakının reaksiyası çevik olduğu qədər də adekvatdır.
Azərbaycanın güc strukturları Rusiyanın güc strukturlarının Yekaterinburqda soydaşlarımıza qarşı misli görünməmiş qəddarlıqla həyata keçirdiyi basqınına “güzgü effekti” ilə (yəni ki, eyni üsulla) deyil, yumşaq güc tətbiqi ilə və seçmə prinsipi ilə cavab verməyə başlayıb.
Və budur, “Sputnik Azərbaycan”dakı FTX (FSB) agentlərinin ardınca, bu gün Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Təsadüfi deyil ki, sözügedən dəstə üzvləri Rusiya vətəndaşlarıdır.
Azərbaycan tərəfi Rusiya rəhbərliyini reallıq hissinə qaytarmaq və raşizmin hücumunu dayandırmaq üçün olduqca düzgün və effektiv yol seçib. Bakının cavab addımları Moskvanı heyrətləndirdiyi kimi, dünya tərəfindən də diqqətlə izlənilir.
Əlbəttə, Kremldəkilər yəqin ki, Bakıdan belə sərt təpki gözləmirdilər. Lakin raşizm formasında təzahür edən yeni rus barbarlığını dayandırmağın başqa yolu yoxdur.
Rusiya adekvat ölkə deyil ki, onu diplomatik yollarla (misal üçün, nota verməklə) dayandırmaq mümkün olsun.
Ona görə də Bakı cavab addımı kimi ilkin mərhələdə hələlik Rusiyanın ölkəmizdəki gizli şəbəkələrindən, agentlərindən başlayıb. Eləcə də Rusiya tərəfi ilə birgə planlaşdırılan mədəni-kütləvi tədbirlər dayandırılıb. Həmçinin, Milli Məclisin Rusiya parlamenti (Dövlət Duması) ilə birgə tədbiri də ləğv olunub.
Cavab tədbirlərinin sırası (vəziyyətin diktəsindən asılı olaraq) getdikcə genişlənə də bilər.
Rusiyanın zorbalığını neytrallaşdırmaq üçün Bakının arsenalında təsirli cavab üsulları kifayət qədər çoxdur. Azərbaycan hətta Rusiyanı beynəlxalq məhkəmələrə (Beynəlxalq Cinayət Məhkəməsi və Haaqa Məhkəməsi) də verə bilər. Və yaxud, Federal Təhlükəsizlik Xidməti (“FSB”) rəsmi Bakı tərəfindən “terrorçu təşkilat”lar siyahısına daxil edilə bilər.
Bir sözlə, Bakının əlində Moskvanın zorakılıqlarını və təhdidlərini dayandırmaq üçün lazımi təsir rıçaqları az deyil.
Bakı bu rıçaqların hamısını total şəkildə hərəkətə gətirməyə tələsmir. Çünki məqsədimiz Rusiyaya müharibə elan etmək deyil.
Yeganə məqsədimiz Rusiyanı Azərbaycana və azərbaycanlılara qarşı hörmətlə yanaşmağa məcbur etməkdir.
Düzdür, bu elə də asan iş deyil. Çünki bizdən əvvəl heç bir postsovet ölkəsi imperiyanın (keçmiş SSRİ-nin) hüquqi varisi olan Rusiyanı bərabərhüquqlu münasibətlərə, qarşılıqlı hörmətə məcbur edə bilməyib.
Bu kontekstdə Azərbaycan Rusiyaya qarşı hazırkı ləyaqətli davranışı ilə bütün postsovet məkanında bir ilkə imza atır, hamı üçün örnəyə çevrilir.
Lakin Rusiyanın imperiya psixologiyasını “sındırmaq” və onun müstəqil dövlətlərə qarşı aşağılayıcı, ekspansiv davranışlarına birdəfəlik son qoymaq üçün MDB ölkələri də Azərbaycana dəstək verməlidirlər.
Rusiya adlı “piton”un neoimper zəhər dişini yalnız birgə səylər əsasında qırmaq mümkündür.