Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:56 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 390 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İyunun 27-də Rusiyanın Yekaterinqburq şəhərində Səfərovlara və digər azərbaycanlılara qarşı “hüquq-mühafizə orqanları” səviyyəsində törədilən vəhşiliklər bir daha Putinin neoimper xislətini, “müasir” Rusiya dövlətinin barbar simasını ortaya qoyur.
Bir daha bəlli olur ki, Rusiya dövləti istəsə də belə (əsl həqiqət də isə istəmir) heç cürə sivilləşə, müasirləşə bilmir.
21-ci əsrin Putin Rusiyasının SOBR, FSB, OMON kimi güc strukturlarının nümayəndələri və yekəpər rus polisləri özlərini eynən İvan Qroznı dövrünün (1533-1584) “opriçniklər” kimi aparırlar. Atlarının yəhərinə it kəlləsi və süpürgə bağlayan opriçniklər kimi “müasir” rus polisləri, omonçuları və FSB”beşnik”ləri də bu gün Rusiyada yaşayan qeyri-ruslara (o cümlədən, azərbaycanlılara) qarşı özlərini it kimi, ayı kimi davranırlar.
Onlar qarşılarına çıxan qeyri-rus mənşəli hər kəsi əzib keçməyə çalışırlar. Bunun da səbəbkarı və ilhamvericisi məhz Putindir.
Putin özünü yeni rus millətçiliyi”nin müəllifi və simvolu kimi aparır. O, güc strukturlarını gah azərbaycanlıların, gah qırğızların, gah da özbəklərin üzərinə it kimi, ayı kimi qısqırtmaqla bir tərəfdən gorbagor Leninin süni “xalqlar dostluğu” ideyasını dəfn etməyə çalışır, digər tərəfdən isə keçmiş sovet respublikalarının liderlərini qorxutmağa cəhd göstərir.
Kremldəki acgöz qocanın başqa seçimi yoxdur.
Putin anlayır ki, o, Rusiyanı sivil dünyanın bir parçasına, normal və adekvat bir ölkəyə çevirmək iqtidarında deyil. O, bu fürsəti çoxdan qaçırıb.
Ona görə də modernləşmənin reseptini, yeniləşmənin modelini heç cürə tapa bilməyən Putin Rusiyası yeganə çıxış yolunu keçmiş rus çarlarının (xüsusən də Romanovların) qorxutmaq və işğal etmək siyasətini davam etdirməkdə görür.
Və beləliklə, bir vaxtlar hətta NATO-ya və Avropa Birliyinə üzv olmağı düşünən Putin və onun kələ-kötür Rusiyası bu gün yenidən 18-19-cu əsrlərdəki “ayı siyasəti” dövrünə (işğalçılıq, müstəmləkəçilik, “parçala və hökm sür” epoxasına) qayıtmağa üz tutur.
Bəli, bu, əsl metamorfozdur. Putin və Rusiya gözümüzün önündə zorba və qəzəbli ayıya çevrilir.
Yekaterinburqdakı azərbaycanlılar da Putinin “ayı siyasəti”nin qurbanlarıdır.