Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:05 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 245 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Son dövrlərdə Rusiyada baş verənlər açıq-açığına şovinizmin, milli ayrı-seçkiliyin və nifrət təbliğatının çılpaq nümayişidir. Rusiyanın iç üzünü göstərən bu zəhərli ideoloji, artıq yalnız sözlərlə yox, konkret repressiyalarla həyata keçirilir.
Yekaterinburqda yaşananlar isə bunun planlı və idarə olunan bir proses olduğunu gözə soxur. Bunu orada yaşayan və ya orada qohumları olan insanların dedikləri təsdiqləyir.
Müharibədən doğan insan resursu qıtlığı Rusiyada elə həddə çatıb ki, miqrantları zorla, şantajla, narkotik və uydurma cinayət ittihamları ilə qorxudaraq cəbhəyə sürmək adi praktika halına gəlib. Ailələri ilə təhdid edirlər, qondarma cinayət işləri ilə hədələyirlər, axırda məcbur qalıb razılaşırlar. Onlara vəd edilən kompensasiyalar isə yalan çıxır, müharibədən salamat qayıdanları yenidən təzyiq altına alıb geri cəbhəyə sürürlər.
Bu vəhşi mexanizmin qurbanı təkcə miqrantlar deyil – “titullu millətə” aid olmayan bütün Rusiyanın vətəndaşları da bu milli zülmün dişləri arasında əzilir. Amma hadisələr təkcə Yekaterinburqda qalmır, bütöv Rusiyanı bürüyüb. Bəzi məmurlar hətta bundan özlərinə “qəhrəmanlıq” obrazı düzəltməyə də utanmırlar.
Baxın, elə yaxın vaxtlarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin özü də miqrantların müharibəyə cəlb edilməsi haqda faktları açıq etiraf etdi – yəni məsələ təsadüfi deyil, rəsmi şəkildə idarə olunur.
Azərbaycan hələ də vurulan mülki təyyarənin ədalətsizliyini unutmur və Rusiyanın bu məsələdəki susqunluğunu heç vaxt qəbul etməyəcək. Bakı beynəlxalq səviyyədə bu işi qaldıracaq, təqsirkarların cəzalandırılması və kompensasiyaların ödənilməsi üçün mübarizəni davam etdirəcək.
Üstəlik, Azərbaycan deputatının Həştərxanda rəsmi tədbirə dəvət almasına baxmayaraq, Rusiyaya buraxılmaması da çox şeyin göstəricisidir. Bu, Moskvanın Azərbaycana qarşı formalaşdırdığı yeni münasibətin daha bir üzüdür.
Bir də unutmayaq ki, yaxın keçmişdə Azərbaycan informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumların arxasında da məhz Rusiya dururdu. Bu haqda Milli Məclisin komissiya hesabatında açıq-aşkar qeyd olunub.
Rusiyada çoxdan bəri milli xalqlara qarşı alçaldıcı münasibət hökm sürür, indi isə bu zəhərli mühit açıq şəkildə müsəlmanları hədəfə alıb - həm yerli, həm də gəlmə müsəlmanları. Bu, Rusiyada açıq-aydın islamofobiyanın dövlət səviyyəsində qızışdırıldığını göstərir.
Kremlə yaxın ünsürlərdən olan Solovyov kimi üfunətli ruporların anti-Azərbaycan isterikaları isə bu prosesin nə qədər sistemli və məqsədli aparıldığını bir daha sübut edir.
Deyə bilərik ki, Rusiyanın bugünkü milli siyasəti getdikcə daha çox dözümsüzlük, bölücülük, diskriminasiya və islamofobiya ilə zəhərlənir. Qərbdə bataqlığa düşüb, Ukraynada özünü itirən Moskva indi içində yeni düşmənlər axtarmağa başlayıb. Kimlərsə orada güman edir ki, dünyanı hədələyə, yeni müharibə gündəmi yarada bilər.
Ermənistanda isə Moskvanın pultu ilə idarə olunan Köçəryan, Sərkisyan kimi revanşistlərin səsi gündən-günə ucalır – yenidən Cənubi Qafqazı alova qərq etmək, regionu müharibə meydanına çevirmək üçün.
Bu, artıq təsadüf deyil, mərkəzdən idarə olunan, təhlükəli və açıq-aşkar bir planın gerçəkləşdirilməsidir.