
İranda namaz qılanı məsxərəyə qoyurlar
“Güney Azərbaycandan bizə səslənən tənqidlər”
“Güney Azərbaycandan bizə səslənən tənqidlər”
Zakerberqin gizli süni intellekt siyahısı açıqlandı
Minlərlə insan İsrailin hücumlarında həlak olanlarla vidalaşıb
“Mən bu gülünc ideyanı heç eşitməmişəm”
Tramp Pauelə qapını göstərdi
Tramp sanksiyaları yumşaltmaq qərarından vaz keçdi
Netanyahu oğlundan İrana hücum etmək üçün istifadə edib
İranda edamlar başladı
Real vəziyyəti isə az adam bilir
AB ABŞ-la tarif razılaşması istəyir
“Onları düzgün kateqoriyaya qoyacağıq və digər ölkələr də onu izləyəcək”
Həftələrdir ortaqlıqda görünməyən və harada olduğu bilinməyən rejim liderinin video müraciəti yayıldı
Pentaqon: “İranın nüvə proqramı məhv edilib”
İranın MAQATE ilə əməkdaşlığının dayandırılması təsdiqləndi
İbtidai sinif müəlliminin 13 yaşlı şagirdindən uşağı varmış
Uçuş zamanı təyyarənin mühərrikindən alovlar yüksəlir
İranın hələ də gizləndiyi bunkerdən çıxmağa tələsməyən ali dini lideri Seyid Əli Xameneyi qatı düşmən hesab etdiyi ABŞ prezidentindən güllədən də ağrıdıcı, sarsıdıcı sözlər eşidəcəyini bilsəydi, bəlkə də “İsraillə münaqişədə qələbə münasibətilə” İran xalqını təbrik etməz və İranın ABŞ-ı məğlub etdiyini də heç söyləməzdi.
ABŞ prezidenti Donald Trampın Xameneyinin bu iddialarına reaksiyası təbii ki, özünü çox gözlətmədi.
Tramp Xameneyinin dırnaqarası “qələbə” ilə bağlı yersiz iddia və açıqlamalarından sonra əsəbiləşərək İrana qarşı sanksiyaların qaldırılması üzərində işi dayandırdığını bəyan etdi.
Bu – birinci zərbə.
İkinci zərbə isə birincidən də sarsıdıcı oldu.
Belə ki, Tramp “Truth Social”da bunları yazaraq Xameneyinin “İsraillə müharibədə qalib gəldik”, “ABŞ-ı da məğlub etdik” iddialarının tamamilə əsassız olduğunu tam ifşa etdi.
“Bir iman adamı olaraq, o, yalan danışmamalıdır. İranın dini lideri Xameneyinin ABŞ-ı, İsraili məğlub etdiyi iddiası yalandır. Onun ölkəsi viran oldu, üç strateji nüvə obyekti məhv edildi. Mən onun harada gizləndiyini dəqiq bilirdim. İsrailə və güclü ABŞ ordusuna icazə vermədim onun həyatına son qoysun.
Mən onu çox dəhşətli və rüsvayedici ölümdən xilas etdim. Amma onun “təşəkkür edirəm, cənab Tramp!” deməsinə də artıq ehtiyac yoxdur.
Mən onlardan qəzəb, nifrət və ikrah dolu bəyanatlar eşitdiyim üçün onlara qarşı sanksiyaların aradan qaldırılmasına yönələn hərəkətləri də dayandırdım.
Onlar həmişə qəzəbli, aqressiv və bədbəxtdirlər və bunun onları hara apardığına baxın: yanmış, dağıdılmış, gələcəyi olmayan ölkə, məğlub ordu, dəhşətli iqtisadiyyat və hər yerdə ölüm.
Onların ümidləri yoxdur və bu indi, daha da pisləşəcək!”.
Bax belə, Xameneyinin yalan iddialarla, şişirdilmiş “qələbə” mesajları ilə çıxış etməsi Trampın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə atılan ABŞ bombalarından da daha dağıdıcı, ifşaedici cavabları ilə nəticələndi.
Maraqlıdır ki, İranın xarici işlər naziri Abbas Araqçı Trampın “Mən Xameneyini çox alçaldıcı və rüsvayedici ölümdən xilas etdim” açıqlamasını təhqir kimi dəyərləndirib. Hərçənd ki, Trampın məqsədi İran liderini təhqir etmək yox, gerçəkliyi olduğu kimi göstərmək olub.
Lakin Araqçı isə Trampı belə açıqlamalar verməkdən çəkinməyə çağırıb:
“Əgər Donald Tramp doğrudan da səmimiliyini göstərmək istəyirsə, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyini təhqir etməkdən, bu qədər hörmətsizcəsinə yanaşmalardan imtina etməlidir”.
Araqçı hansı səmimiyyətdən danışır?
Əlbəttə, Tramp nədəsə səmimi olmaya bilər. Lakin ən böyük səmimiyyətsizlik isə İranın rəhbər şəxslərinin əslində mövcud olmayan, mifik “qələbə”dən danışmaqlarıdır.
Sən qalib olmadığın halda, “qələbə” qazandığını iddia edirsənsə, o zaman qarşı tərəfin də səni ifşa etməsinə hazır olmalısan. Bu baxımdan, Trampın Xameneyinin “qələbə” iddialarına reaksiyası tam da normaldır.
Məğlublar reallıqla barışmadıqca öz durumlarını daha da pisləşdirirlər. Ermənistan da 44 günlük müharibədəki məğlubiyyəti ilə ilk vaxtlar heç cürə barışmaq istəmirdi. Havadarları (xüsusən də Fransa və İran) Ermənistanı daim revanşizmə təhrik edirdi. Onların bu təhrikləri 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatına qədər davam etdi. Məhz həmin tarixdən sonra Paşinyan reallıq hissinə qayıtmağa başladı.
İndi Tramp da “Truth Social”dakı ifşaedici açıqlaması ilə mollaları reallıq hissinə qaytarmağa çalışdı. Bu, onları İranın “12 günlük müharibə”dəki məğlubiyyəti ilə barışdırmaq üçün ABŞ tərəfindən ilk və kifayət qədər təsirli addım oldu.
Mollalar ipə-sapa yatmayacaqlarsa, ABŞ-ın sonrakı sakitləşdirmə və cilovlama addımları indikindən də daha kəsərli və effektiv ola bilər. Zatən, Tramp da ABŞ-ın İrana yenidən zərbələr endirə biləcəyini istisna etmir...
P.S. Mollalar başa düşməlidirlər ki, aqressiv ritorika dövrü və yan-yörəsindəki ölkələri təhdid etmək mərhələsi artıq geridə qalıb. Onlar postmüharibə dövrünün yeni reallığını nə qədər tez qəbul etsələr və toksik siyasətlərindən əl çəksələr, bu, onların özləri üçün də, bölgəmiz üçün də bir o qədər yaxşı olar.