
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Putinin “Rusiya–Ukrayna danışıqları Türkiyədə başlasın” təklifi proseslərin gedişatını və “oyun” qaydalarını kökündən dəyişir...
Rusiya prezidentinin ötən gün mətbuat konfransında Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif etməsi bir çoxlarında, xüsusən də Qərbin Avropa qanadında sözün əsl mənasında şok effekti yaradıb.
İllah da ki, Ukrayna ilə bağlı sülh danışıqlarında təşəbbüsü heç cürə ələ ala bilməyən Fransa prezidenti Emmanuel Makron Vladimir Putinin Kremldə keçirilmiş mətbuat konfransında belə bir kontr-təklifi səsləndirəcəyini, böyük ehtimalla, gözləmirmiş.
Bəs, Putin həmin təklifində nə deyib?
“Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”.
Putin, həmçinin bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacağını açıqlayıb və deyib ki, “mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”.
Bunun ardınca, bu gün isə Ərdoğanla Putin arasında telefon danışığı olub. Türkiyənin Prezident Administrasiyasının bu barədə yaydığı rəsmi məlumatda qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb və bildirib ki, Rusiya- Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq.
Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski də “Telegram” paylaşımında rusiyalıların nəhayət, müharibənin başa çatması barədə düşünməsini yaxşı əlamət kimi qiymətləndirib və Ukraynanın Rusiya ilə görüşə hazır olduğunu bildirib.
Deməli, Zelenski də İstanbulda danışıqların bərpasına müəyyən mənada ümidlə baxır və real nəticələr gözləyir. Bu isə dolayısı yolla o deməkdir ki, ABŞ-ın və Avropanın vasitəçilik səyləri iflasa uğrayıb. Məhz Tramp da bunu anladığı üçün bugünlərdə Ərdoğana zəng edərək ondan Rusiya-Ukrayna danışıqlarının başlanması üçün vasitəçilik səylərini artırmağı xahiş edib.
Beləliklə, üç il öncə Böyük Britaniyanın ucbatından pozulan İstanbul danışıqları mayın 15-də yenidən bərpa oluna bilər. Və burada əsas məqam da odur ki, istər münaqişə tərəflərinin, istərsə də bu prosesdə marağı olan qlobal aktorların hamısının Türkiyəyə etimadı var.
Bu mənada, məhz Türkiyənin təlqini və təkidi ilə Rusiya tezliklə atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını elan edə bilər.
Bunun üçün Putin ilk növbədə faşist davranışlarına son verib bu fürsəti düzgün dəyərləndirməli və İstanbul danışıqlarının uğurlu nəticə ilə yekunlaşması üçün təxribatçı və pozucu hərəkətlərdən tamamilə əl çəkməlidir.
Eyni zamanda, Qərb liderləri də pozucu addımlar atmamalıdırlar. Xüsusən də Makron öz emosiyalarına və ambisiyalarına çəki-düzən verməlidir. Çünki təcrübə göstərdi ki, qlobal proseslərdə nüfuzlu moderatorluq Makronun başı üçün deyil.
P.S. Bizə isə bu prosesdə Türkiyəyə sadəcə uğur diləmək qalır.