vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
“Rus evi”ndən sonra rusbaşlar ... 21:21 | 18 may 2025 | Bazar Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rus evi”ndən sonra rusbaşlar ...

Televiziyalarda “russkiy mir” avantürası haqda verilişlərin olmaması boşluqlar yaradır

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar olduqca təzadlı proseslərə şahidlik edirik.

Deməli, bir yandan Azərbaycan az qala bütün dünya ölkələrini hörümçək toru kimi sarmış “Rus evi” adlı casus yuvalarını qapadan ilk ölkə kimi adını tarixə yazdırır və bu addımı ilə digər ölkələrin də “Rus evi”nin filiallarını bağlamaqları üçün presedent yaradır (artıq Rumıniya, Sloveniya, Şimali Makedoniya, Xorvatiya və Çernoqoriyadakı filiallar bağlanıb, Danimarka, Bolqarıstan, Moldova, Polşa, Slovakiya və Çexiyada isə onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb). Beləliklə, Azərbaycan bu ölkələrin sözügedən casus yuvalarını bağlamaları üçün rol-model missiyasını yerinə yetirmiş oldu. Əlbəttə, bu, olduqca sevindirici haldır.

Ancaq digər tərəfdən isə ölkəmizdə 9 may – Faşizm üzərində Qələbə gününü keçmiş sovet bayraqları altında və rus işğalçılığının simvolu olan “Georgi lenti”ni yaxalarına taxmaqla qeyd edən ağsaqqalların peyda olması isə dərin təəssüf hissi doğurur.

Bu xoşagəlməz olayın daha da maraqlı tərəfi isə odur ki, həmin ağsaqqalları sosial şəbəkələrdə xüsusi səylə müdafiə edən, dəstəkləyən çoxlu sayda sovet aşiqlərinin, rusiyapərəst insanların da varlığı üzə çıxdı. Hətta onların bəziləri bunun bilməməzlikdən baş verdiyini və heç bir hüquqi məsuliyyətinin olmadığını söyləyərək, bu məsələni şişirtməyə ehtiyac olmadığını bildirdilər, həmin şəxslərin üzərinə getməməyi tövsiyə etdilər. Çünki sən demə, bu ziyalılar, ağsaqqallar ictimai qınağa dözməyib intihar edə bilərlər intihar edərlər.

Beləliklə, İmişlidə qanlı SSRİ imperiyasının bayrağını dalğalandıranları ciddi şəkildə qınayanlarla yanaşı, qahmar çıxanları, “5-ci kolon”çuları da gördük. Lakin əsl həqiqətdə isə onlara heç kim qahmar çıxmamalıydı. Hamımız el birliyi, dil birliyi ilə həmin o “Georgi lenti”nin aşiqlərini qınamalıydıq. Çünki onların addımı birbaşa Azərbaycanın müstəqilliyinin ziddinədir.

Bu olay həm də onu göstərdi ki, ideoloji işin aparılması sahəsində çox ciddi boşluqlarımız var. Cəmiyyətimizin hər bir fərdi ilə hökmən ideoloji maarifləndirmə-təbliğat işi aparılmalı, müstəqil ölkəmizdə kütləvi tədbirlər zamanı hansı atributlardan istifadə etmək olar, hansıları yasaqdır - bütün bunlar barədə uşaqdan böyüyə hər kəsə dəqiq bilgilər verilməlidir.

Ən əsası isə, ölkədə mütləq sovetsizləşdirmə (desovetizasiya) işi yenidən davam etdirilməlidir. Müstəqillik illərində şəhər və bölgələrimizdə keçmiş bolşeviklərin adlarını daşıyan bir çox küçə və prospektlərə milli adlar qoyuldu, sovet liderlərinin heykəlləri götürüldü, elm və təhsil ocaqlarının, sənaye müəssisələrinin adları milliləşdirildi. Lakin bu proses nədənsə, axıra kimi davam etdirilmədi, yarımçıq qaldı.

Təəssüf ki, mətbuatda da çar Rusiyasının və qırmızı sovet imperiyasının müstəmləkəçilik, işğalçılıq siyasəti barədə, eləcə də Putin Rusiyasının “russkiy mir” avantürası haqda heç bir verilişə, layihələrə rast gəlmirik. Bax, bütün bu kimi boşluqların nəticəsidir ki,  mayın 9-da saçlı-başlı kişilər İmişlidə işğalçı Rusiya imperatriçəsi II Yelizaveta tərəfindən 1769-cu ildə təsis edilən “Georgi lenti”ni fəxrlə yaxalarına taxıb məktəblilərimizə, gənclərimizə pis örnək oldular.

P.S. Yeri gəlmişkən, o ağsaqqallardan ötrü heç kim narahat olmasın, onlar intihar edib öz canlarına qıyan deyillər. Çünki xara-kiri edən yüksək əqidəli samurayların nəsli artıq çoxdan kəsilib.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)