vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 13 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
“Georgi lenti” ilə “bəzənmiş” beyinlər 19:11 | 13 may 2025 | Çərşənbə axşamı Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Georgi lenti” ilə “bəzənmiş” beyinlər

Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Adamı 9 May tədbirində keçmiş SSRİ-nin qırmızı bayrağı altında və sinəsində rus-sovet işğalçılığının rəmzi olan “Georgi lenti” ilə çıxış etdiyinə görə Ağsaqqallar Şurasından çıxartmaqda düzmü iş görüblər?

Əlbəttə, düz ediblər.

Söhbət İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə keçmiş SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsindən gedir.

Bu hadisəyə sıradan bir hadisə kimi baxmaq və üstündən ötüb keçmək olmaz. Ona görə də bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclasında Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edilməsi baş vermiş olaya adekvat reaksiyadır.

Dərd burasındadır ki, bu gün nəinki ağsaqqal dediklərimizin, həmçinin gənclərimizin də bir çoxu “Georgi lenti”nin tarixçəsini düz-əməlli bilmir. Eləcə də bir çox insanlarımız 9 mayın – faşizm üzərində Qələbə gününün keçmiş sovet bayramı kimi yox, məhz İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların xatirə günü kimi qeyd edilməli olduğu barədə aydın təsəvvürə malik deyil. Çünki müğənnilərin “işğal” etdiyi televiziyalarda bu cür önəmli mövzular, məsələlər qətiyyən müzakirə olunmur, insanlarımızda düzgün tarix şüuru formalaşdırılmır.

Ona görə də birilərinin qırmızı sovet bayrağının nostaljisi ilə yaşamasına və yaxalarına lənətə gəlmiş “Georgi lenti”ni böyük şövqlə taxmasına əsla təəccüblənməməliyik.

Yadınıza gəlirsə, 2022-ci ildə də orta məktəblərimizdən birində 9 may Qələbə günü keçmiş SSRİ bayrağının fonunda və “Georgi lenti”ndən istifadə edilməklə qeyd olunmuşdu.

P.S. 19-20-ci əsr həqiqətlərinin düzgün təbliğinə başlamasaq, bu cür əcaib hallar bundan sonra da təkrarlana bilər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)