
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Xocalı qatilliyinin və erməni millətçiliyinin sayəsində vaxtilə Ermənistanın prezidenti olmuş Robert Köçəryan öz oğlunu özündən də betər yırtıcı, təcavüzkar formada böyüdərək bugünkü Ermənistan hakimiyyətinin və Azərbaycanın üzərinə qısqırtmağa başlayıb. Belə ki, Robertin deputat oğlu Levon Köçəryanın mayın 14-də parlamentin iclasında birbaşa baş nazir Nikol Paşinyanı hədəfə alması və ona qarşı aşağılayıcı ifadələr işlətməsi bu fikrimizi təsdiqləyir.
Maraqlıdır ki, iclasa sədrlik edən və Paşinyanın fəal komanda üzvlərindən biri sayılan vitse-spiker Akop Arşakyan da köçəryanların aqressiv metodlarından istifadə edərək, kiçik Köçəryanı susdurmağa nail olub.
“Ara Levon, sən kimsən axı, həddini bil, otur yerinə və sənə deyilənlərə qulaq as!”, – deyə Arşakyan oğul Köçəryanın üstünə qışqırıb.
Lakin hakim partiyanı təmsil edən vitse-spiker Akop Arşakyanın ürəyi bununla da soyumayıb və o, Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın əsl atası haqqında danışmağa başlamaqla, idmançıların diliylə desək, Levon Köçəryanı nokauta salıb.
“Camaat Robert Köçəryanın atasının türk (azərbaycanlı) olduğunu deyir, lakin biz bunu parlamentin tribunasından səsləndirmirik”, – deyə Arşakyan çoxdan yayılan iddianı yenidən təkrarlayıb.
Arşakyanın bu cür ağır atmacasını gözləməyən və buna dözümsüzlük göstərən Levon Köçəryan ayağa qalxaraq vitse-spikeri söyüb və ona “it balası!” deyib.
Daha sonra iqtidar və müxalifət deputatları zalda süpürləşməyə, bir-birlərini söyüb təhqir etməyə başlayıblar...
Ermənistanın keçmiş səhiyyə naziri, hazırda hakim “Mülki müqavilə” partiyasının deputatı olan Arsen Torosyan isə artıq müxalifətə qarşı lap kobud sözlərə keçir: “Rəsmi olaraq bildirirəm ki, sabah kimsə məni, komanda yoldaşlarımı və başqalarını “türk” adlandırarsa, mən onun anasını, atasını, hər şeyini, ailəsini...”.
Bu cür misalları davam etdirmək də olar. Lakin elə bu qeyd etdiklərim də bəs edər ki, bu gün Ermənistan parlamentinin və bütövlükdə erməni siyasi mühitinin hansı durumda olduğunu ayırd edə bilək.
44 günlük İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət təkcə Ermənistan ordusunu yox, erməni siyasi elitasını da darmadağın edib, çökdürüb. Bu gün Ermənistanın iqtidar nümayəndələri də, müxalifət təmsilçiləri də söyüş ritorikasına kökləniblər. Ermənistan parlamenti isə rəsmən söyüşxanaya çevrilib. Bu zaman qarşılıqlı təhqir epizodlarında isə məhz türkəfobiya, azərbaycanfobiya qabarıq şəkildə özünü göstərir.
Və beləliklə, biz bu gün fiziki olaraq Ermənistanda olmasaq da, lakin siyasi və psixoloji-virtual planda Ermənistanın ictimai-siyasi proseslərinə ciddi şəkildə təsir göstərməkdə və yön verməkdə davam edirik. Ermənistan müxalifəti Nikol Paşinyanı “türk”, “Azərbaycanın agenti”, “Bakıdan təyin olunmuş qubernator” adlandırırsa və Ermənistan iqtidarı da hazırkı radikal erməni müxalifətinin lideri sayılan Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyirsə, demək ki, bu gün Ermənistanın iqtidarı da, müxalifəti də bizim təsir dairəmizdədir. Onlar necə deyərlər, qapalı dairəyə düşüblər.
Eyni zamanda, Ermənistan iqtidarının və müxalifətinin öndə gedən simalarının bir-birini “türk”, “azərbaycanlı” adlandıraraq qarşılıqlı hücuma keçməsi həm də bu ölkədəki türkəfobiyanın, türklüyə nifrətin real göstəricisi və ən yüksək nöqtəsidir. Odur ki, biz bu məsələni də bir daha əlaqədar beynəlxalq qurumların qarşısında qaldıraraq Azərbaycanı ermənifobiyada ittiham edərək beynəlxalq məhkəməyə müraciət edən Ermənistan tərəfini neytrallaşdıra bilərik. Bu baxımdan, ötən gün Ermənistan parlamentində eks-prezident Robert Köçəryanın atasının azərbaycanlı oması faktının açıqlanmasından sonra yaşanan rüsvayçı situasiyaya sadəcə gülümsəyərək olayın üzərindən ötüb keçməməliyik.
Bu gün ermənilər “türk”, “azərbaycanlı” sözünü təhqir vasitəsi kimi istifadə edib bir-birilərinin ətini yeyir və özləri özlərini ifşa edirlərsə, biz də məhz bundan onların ikiqat ifşası üçün yararlanmalı və türklüyün təhqir əlaməti kimi istifadə edilməsinə görə də qarşı tərəfi beynəlxalq məhkəməyə şikayət etməliyik.