İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:29 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 280 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Görünən budur ki, İsrailin ABŞ-ın dəstəyilə İranın nüvə silahı əldə etmək istəyinin qarşısını almaq məqsədilə həyata keçirdiyi bombardmanlar bir çoxlarının proqnozlarının əksinə olaraq nə uzunmüddətli hərbi əməliyyatlara çevriləcək və Üçüncü Dünya Müharibəsinə səbəb olacaq, nədəki rejim dəyişikliyinə gətirib çıxaracaq.
İsrailin və ABŞ-ın despotik molla rejiminin sonunu gətirmək, toksik ayətullahları Pəhləvilərin varisi ilə əvəzləmək planlarının hamısı sadəcə publik xarakter daşıyır. Yəni ki, bunlar gerçək planlar deyil.
Əgər mollaları gerçəkdən siyasi səhnədən uzaqlaşdırmaq niyyətləri olsaydı, bunu elə ilk gündən reallaşdırmağa başlayar, İranın generalları və nüvə alimləri ilə birlikdə baş ayətullahı – Seyid Əli Xameneyini də hərbi əməliyyatın birinci günündəcə fiziki cəhətdən sıradan çıxarardılar. Zərgər dəqiqliyi ilə həyata keçirilən bombardmanların, dron və raket zərbələrinin gedişində bunu etmək İsrail üçün elə də çətin deyildi. Zatən Xameneyinin yerini də bilirdilər (Trampın bununla bağlı açıqlamasını xatırlayaq).
Lakin gözlənilənlərin əksinə olaraq Xameneyini öldürmədilər. Əksinə, şərait yaratdılar ki, gizli bunkerə köçürülsün.
Deməli, məqsəd rejimi dəyişmək deyildi.
Məqsəd hətta daxildən narazılığın baş qaldırmasını stimullaşdırmaq, inqilabın başlanmasına rəvac vermək yoluyla rejimi devirmək də deyil. Gördüyümüz kimi molla rejiminin bütün zülmlərinə rəğmən xalqın inqilaba başlamaq fikri yoxdur.
Ona görə də yaxın günlərdə İranda nə inqilab baş verəcək, nə ölkədən kütləvi köç olacaq, nə İranın parçalanması gerçəkləşəcək və “Böyük Kürdüstan” qurulacaq, nədəki mollalar siyasi səhnədən silinəcək.
Çünki ABŞ və İsrailin hələlik yaxın dövr üçün minimum hədəfi molla rejiminin imicini sarsıtmaq, onu “sındırmaq”, ram etmək, cilovlamaq və İranın nüvə silahını yaratmaq planını yubatmaq idi. Onlar bu hədəflərinə artıq qismən də olsa nail olublar. Bu mənada, birinci mərhələni artıq başa çatmış hesab etmək olar.
Qarşıdakı günlərdə isə hər iki tərəfdən bombardmanlar get-gedə səngiyən templə davam edəcək. Bir neçə gündən sonra isə atəşkəs baş tutacaq. ABŞ-la İran arasında danışıqlar prosesi yenidən bərpa olunacaq.
Beləliklə, mollalara başa salındı ki, ABŞ İrana istənilən vaxt hücum edə və onların siyasi hakimiyyətinə tamamilə son qoya bilər. Ona görə də molla rejimi bundan sonra üzdə aqressiv hərbə-zorbalarını, davakar ritorikasını yenə də davam etdirsə də, lakin reallıqda isə ABŞ-ın diktəsi ilə barışmalı olacaq.
P.S. Pəhləvilərin hakimiyyətə gətirilməsi “kart”ının ortaya atılması isə molla rejiminə psixoloji təzyiq göstərməyə, onlarda hər an Pəhləvilərlə əvəzlənə biləcəkləri qorxusunun yaradılmasına hesablanmışdı. Əsl həqiqətdə isə, Pəhləvilərin yenidən hakimiyyətə gəlmək şansı yoxdur.
P.P.S. Azərbaycan və Türkiyə isə ABŞ və İsrailin İranla bağlı gələcək planlarının ikinci mərhələsinə hazır olmalıdır. Güney Azərbaycan amili fəal şəkildə önə çıxarılmalı, aktuallaşdırılmalıdır. ABŞ və İsrail uydurma “Böyük Kürdüstan” ssenarisinə yox, Güney Azərbaycan gerçəkliyinə üstünlük verməlidir.