Bacısının cəsədini məzardan çıxardı
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
16:11 | 10 may 2025 | Şənbə
Məqaləyə 248 dəfə baxılıb
Şriftin ölçüsü
Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
“Hindistan müsəlmanlara qarşı qeyri-insani addımlar atır...”. Bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Qasim Mohiuddin deyir. Və düz deyir, olanı deyir, heç nəyi şişirtmir.
Hindistan, Ermənistan, Rusiya, Serbiya, Yunanıstan, Fransa kimi toksik və irqçi ölkələr müsəlmanlara, türklərə qarşı hər zaman eyni qayda, eyni dəst-xətt üzrə hərəkət ediblər.
Bu gün Hindistan hökumətinin həm öz daxilindəki müsəlman vətəndaşlarına qarşı, həm də Pakistana qarşı barbar davranışları erməni vandallarının Birinci Qarabağ müharibəsi dönəmində azərbaycanlılara qarşı vəhşi rəftarından heçnə ilə fərqlənmir.
Pakistanlı səfir də məhz bunu diqqətə çatdırmaq istəyir: “Hindistanda davamlı olaraq qeyri-qanuni barbarlıq aksiyaları baş verir, dünya isə susur. Necə ki, illər boyu Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi müddətcə susmuşdular, indi də eyni yanaşmanı nümayiş etdirirlər. Münaqişənin həlli üçün dünyanın aparıcı dövlətləri səthi deyil, vahid mövqedən çıxış etməlidir. Hindistan hökuməti müsəlmanlara qarşı qeyri-insani addımlar atır. Bu məsələyə münasibətdə beynəlxalq hüquqa və prinsiplərə əməl olunmur. Hindistan əslində heç bir halda super güc deyil. Bunu biz anlayırıq, onu dəstəkləyənlər də anlamalıdır”.
Cənab səfirin keçirdiyi mətbuat konfransında səsləndirilən bu fikirlər Hindistanın gerçək simasını (daha doğrusu, simasızlığını) ortaya qoyur.
Eyni zamanda, Ermənistanın da Hindistanla hərbi əməkdaşlığı, siyasi təmasları nəyə görə gücləndirməsinin motivləri bir daha üzə çıxır. Çünki hər iki ölkə, hər iki xalq (hindlilər və haylar) eyni ruhun, eyni faşist (nasist) ideologiyanın daşıyıcılarıdır. İslamofobiya və türkəfobiya hər ikisi üçün ortaq “dəyər”ə çevrilib.
Bu arada Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot səsləri eşidilir. Hindli turistlərə Azərbaycana səfər etməmək və Azərbaycan malları almamaq tövsiyə olunur.
Hind blogerləri isə erməni saytları və erməniəsilli sosial media istifadəçiləri ilə birləşərək “X” şəbəkəsində və digər platformalarda “Boycott Azerbaijan” çağırışları edirlər.
Bütün bunlar millətçi baş nazir Narendra Modi tərəfindən təşviq edilən, həvəsləndirilən indusların Türk-İslam dünyasına qarşı nə qədər kinli münasibət bəslədiyini açıq göstərir.
P.S. Əvvəllər Fransa-Ermənistan tandeminə qarşı mübarizə aparırdıqsa, indi də Hindistan-Ermənistan “şər oxu”na qarşı səfərbər olmalıyıq.
(ardı var)