
Fars-molla rejiminin böyük PUA yalanı
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Fars-molla rejimi ideologiyasını qorumaq naminə sərvətimizi qəpik-quruşa Rusiya və Çinə satıb
Fransız diplomat İran Xarici İşlər Nazirliyinə çağırılıb
Güney Azərbaycan təşkilatları xalqımıza müraciət edib.
Müraciətdə deyilir:
Əziz millətimiz!
Bu gün artıq heç kimə sirr deyil ki, İranın ən böyük milli qrupu olan Azərbaycan xalqı uzun illərdir ağır bir zülm və ədalətsizliklə üz-üzədir. Teokratik rejim öz varlığını qorumaq naminə ölkənin milli sərvətlərini əsassız ideoloji macəralara sərf etmiş, xalqın canını və malını girov saxlamışdır. Hakimiyyətin yeganə məqsədi öz mövcudiyyətini uzatmaq olmuşdur.
Son yarım əsrdə İran İslam Respublikası, başda Azərbaycan olmaqla, bu ölkədə yaşayan bütün millətlərə yalnız zülm, acı və fəlakət gətirmişdir. Bu gün əhalisinin yarıdan çoxunu Azərbaycan və digər türk topluluqlarının təşkil etdiyi İranda, rejimin terrora əsaslanan siyasəti nəticəsində minlərlə insanımız fiziki, mənəvi və psixoloji əzablar içərisində yaşamağa məcbur edilir, xalqımızın ən fundamental hüquqları isə sistematik şəkildə pozulur.
Son iki həftədə İran-İsrail münaqişəsi çərçivəsində bütün dünyanın gözü önündə bir daha şahid olduq ki, bu rejim millətləri necə ağır şərtlər altında yaşamağa məcbur edir. Bu savaşın yaratdığı faciəvi vəziyyət İran rejiminin regionu necə bir uçuruma sürüklədiyini açıq şəkildə ortaya qoyur.
Lakin təəssüf ki, belə bir tarixi və həssas məqamda bəzi radikal kürd qruplaşmaları yenidən Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürməkdə və torpaqlarımızın işğalı üçün çağırışlar verməkdədirlər. Millətlərin birgə mübarizəsi üçün əlverişli şəraitin yarandığı bir mərhələdə bu cəhdlər nə təsadüfdür, nə də sadə yerli münaqişədən ibarətdir. Bu fəaliyyətlər birbaşa, millətlərin birliyini pozmaq məqsədi daşıyır və İran rejiminin ömrünü uzatmaqdan başqa heç bir işə yaramaz.
Bu terror qruplaşmalarının Azərbaycan torpaqlarını işğal və istila çağırışları qarşısında isə mərkəzi hakimiyyətin səssizliyi, son dərəcə, manidardır.
Məhz, belə bir vəziyyətdə Azərbaycan xalqının özü öz müdafiəsini təşkil etməkdən başqa yolu qalmır.
Şübhə etmirik ki, Azərbaycan xalqı özünü müdafiə etmək gücündədir və bu yolda bütün imkanlarını səfərbər edərək, Azərbaycan torpaqlarnda terror qruplaşmalarının barınmasına izn verməyəcəkdir. Əminik ki, bu yolda sülhün və sabitliyin tərəfdarı olan qonşu dövlətlər və xalqlar, eləcə də, dünyanın mütərəqqi qüvvələri bizim yanımızda olacaqdır.
Bu həssas və tarixi məqamda biz , Güney Azərbaycan təşkilatları olaraq,öz torpaqlarımızda öz müqəddəratımızı təyin etmək məqsədi ilə biraraya gəldiyimizi, hər zaman olduğu kimi, bundan sonra da, bu coğrafiyada bütün xalqların barış və dayanışma içində yaşamaları ilkəsini rəhbər tutacağımızı və irq, dil, din, məzhəb və s. Ayırd etmədən, bütün kəsimlərin haqq, azadlıq və təhlükəsizliyinin təminatçısı olacağımızı və elə bu məqsədlə də, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasını (GATƏŞ) təsis etdiyimizi bəyan edir, və xalqımıza səslənirik:
• Milli birliyimizi möhkəmləndirək!
• Vətənimizi, torpaqlarımızı, milli kimliyimizi birlikdə qoruyaq!
• Qarşıdakı təhlükələrə qarşı ayıq və hazırlıqlı olaq!
Azadlıq, ədalət, milli hökumət!
Gələcək bizimdir!