Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
Elçin ALIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
-
İrəvanın ikibaşlılığı ...
10 Noyabr Bəyanatı: İcra edilməyən üç bənd
“Ermənistan Azərbaycanla sərhəddə nəzarət-buraxılış məntəqələri açmağa hazırdır, lakin rəsmi Bakı bundan boyun qaçırır”. Ermənistanın baş naziri Nikol Paşiyan bu gün hökumətin iclasında çıxış edərkən belə deyib.
Ümumiyyətlə, onun çıxışı aqressiya, revanşizm, Azərbaycana qarşı çoxsaylı absurd ittihamlar və yalanlarla zəngin idi.
N.Paşinyanın dediyinə görə, nəzarət-buraxılış məntəqələrinin hələ də yaradılmamasının səbəbi, sən demə, yolların keçdiyi ərazilərə onların olduğu ölkənin suverenitetinin tətbiqi tələbini qəbul etməməsidir.
“Yeni yolların inşasına gəldikdə isə, nə 10 noyabrdakı üçtərəfli bəyanatda, nə də hər hansı başqa sənəddə Ermənistan üzərinə belə öhdəlik götürüb. Əksinə, Azərbaycan Arazzəmin, Naxçıvan, Meğri və Horadiz marşrutunda dəmiryolunun tikintisinə mane olur”, – Paşinyan deyib.
Yəni N.Paşinyan vurğulayır ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinə ermənilər nəzarət etməlidir. Halbuki iki il əvvəl, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində deyilir:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Nikol Paşinyan rəsmi Bakını Rusiyanın Qarabağdakı sülhməramlı kontingeni ilə bağlı öhdəliklərini pozmaqda suçlayıb.
“Azərbaycan Prezidentinin bu günlərdə sülhməramlılarlarla bağlı dediklərini ən azı üç üçtərəfli bəyanatın şərtlərini pozur. Halbuki İlham Əliyevin özü təhlükəsizliyin möhkəməndirilməsində sülhməramlıların mühüm rolunu vurğulayıb.
Sülhməramlılar Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana qədər qeyri-müəyyən müddətə Qarabağda yerləşdirilib”.
Ermənistanın baş naziri Paşinyana özünün imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın dördüncü bəndini xatırladırıq:
“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Paşinyan rəsmi Bakını Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasına maneələr yaratmaqda da suçlayıb.
“Ankara ilə normal əlaqələrimiz bölgədə stabilliyin daha bir qarantı ola bilərdi. Bakı buna mane olur. Azərbaycan bizi heç bir əsas olmadan atəşkəs rejimini pozmaqda ittiham edir. Üstəlik, Bakıda səslənən bəyanatların çoxu Rusiya, ABŞ və Fransaya ünvanlaşmış təhdidlərdr”, – Paşinyan söyləyib.
O, daha sonra vurğulayıb ki, “Bakı özü Dağlıq Qarabağda erməni hərbçilərinin olmadığına əmin olmaq üçün ona müşahidə missiyası göndərməkdən imtina etdi”: “Bu təklif Praqa iclasında elan edilib. Ermənistanın Dağlıq Qarabağda heç bir qoşunu yoxdur. Onun müdafiəsi ilə qarabağlı ermənilərin Müdafiə ordusu məşğuldur”.
Paşinyanın sözlərindən belə çıxır ki, sən demə, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olduğu ərazilərdəki erməni silahlı birləşmələri “qarabağlı ermənilərin ordusu” imiş.
Hansı ordu, nə ordu?! Azərbaycan ərazisində qanunsuz silahlanan, terror aktları planlaşdıran, ekstremizmlə məşğul olan istənilən şəxs terrorçudur və canlı hədəfdir.
“Bakı əldə olunmuş razılaşmaları və imzalanmış sənədləri xroniki olaraq pozur. Bakı hələ də Dağlıq Qarabağın nümayəndələri ilə beynəlxalq səviyyədə dialoqa başlamaq üçün heç bir addım atmayıb: halbuki Bakının belə öhdəliyi var. Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduqlarını, onların hüquqlarının və təhlükəsizliklərinin təmin ediləcəyini deyərək özünü konstruktiv tərəf kimi göstərməyə çalışır, lakin bu, belə deyil. 44 günlük müharibə nəticəsində ev-eşiklərini tərk etmiş Hadrut, habelə digər yaşayış məntəqələrinin erməni sakinlərinin evlərinə qayıtmaları üçün Azərbaycanın hansı şəraiti yaratdığını xatırlayın.
Azərbaycanın hakimiyyət dairələrinin geosiyasi iddiaları Cənubi Qafqazda sülh və stabilliyə təhdiddir. İlham Əliyevin bəyanatları dövlət katibi Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən və mümkün sülh müqaviləsinin müzakirəsindən sonra, tərəflərin nümayəndə heyətlərinin qayıtmağa belə vaxt tapmadığı ertəsi gün səsləndirildi.
Bu bəyanatlarda Azərbaycan bir neçə gün əvvəl, oktyabrın 31-də Soçidə güc tətbiqinin yolverilməzliyi və güc tətbiqi hədəsi ilə bağlı qəbul edilmiş yazılı bəyanatı kobud şəkildə pozdu”, – Nikol Paşiyan deyib.
O, daha sonra vurğulayıb ki, İrəvan Azərbaycana Ermənistan-Azərbaycan sərhədində 3 kilometrlik demilitarizasiya edilmiş zona yaratmağı təklif edib: “Qarabağlı ermənilər də Dağlıq Qarabağ ətrafında belə zona yaradılmasını təklif etmişdilər. Soçi görüşündə bu təklifi səsləndirdim, təqdim etdim”.
Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasındakı çıxışından bunca iqtibas gətirməyimizdə səbəb var.
Aşkar və açıq görünür ki, rəsmi İrəvan imzaladığı sənədlərə, öhdəliklərinə və əldə edilmiş razılaşmalara əməl etmək niyyətində deyil.
Tam əksinə, Rusiya və Fransaya bel bağlayan, eyni zamanda da ABŞ-ın “gərəkli, müvafiq yardımlar”ına ümid edən Ermənistan rəhbərliyi üçtərəfli bəyanatın şərtləri ilə yanaşı, bir sıra ikitərəfli və üçtərəfli (Rusiyanın vasitəçiliyi ilə) əldə olunmuş anlaşmaları faktiki olaraq rədd edir.
Paşinyan “Dağlıq Qarabağ”la Ermənistanın sərhədlərini “ayrı, əlahiddə” göstərməklə faktiki olaraq Rusiyadan alınmış təlimatları yerinə yetirir.
Çünki erməni əsilli milyarder Ruben Vardanyanı Xankəndinə göndərməklə və onu separatçı rejimin “baş naziri” təyin etdirməklə Moskva Qarabağdakı mövcudluğunu mümkün qədər uzatmaq, “Qarabağ məsələsi”ndən yararlanaraq Bakıya qarşı kart-blanş əldə etmək, eyni zamanda Ermənistanı təsir orbitindən buraxmaq istəmir.
Ruben Vardanyanın Ermənistanın baş naziri olmaq niyyətini də nəzərə alsaq, Nikol Paşinyan postuna olan bu real təhlükəni anlayır və Kremldən aldığı təlimatları verbal olsa da, realaşdırmağa çalışır.
Lakin Ermənistanın oyunları çox davam edə bilməz. Rəsmi İrəvan öhdəliklərini və imzaladığı sənədlərin şərtlərini mütləq şəkildə yerinə yetirməlidir.
Azərbaycan ərazilərini hansısa dövlətlərin bölgədəki çirkin oyunlarına, bəlli qüvvələrin ambisiyalarına və geosiyasi qarşıdurmalarda mövqelərini yaxşılaşdırmaq cəhdlərinə güzəştə gedən deyil.