 
                                Gümrü – Kremlin Cənubi Qafqazdakı son qalası
Rusiyanın Ermənistandakı hərbi bazası haqqında bəzi məqamlar
 14:48 | 28 noyabr 2022 | Bazar ertəsi
                Məqaləyə 1145 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                14:48 | 28 noyabr 2022 | Bazar ertəsi
                Məqaləyə 1145 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Rusiyanın Ermənistandakı hərbi bazası haqqında bəzi məqamlar
 
                                Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
 
                                Humanitar yardım adıyla silah daşınır
 
                                Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
 
                                Fransa isə qoşun yeritmək fikrində
 
                                Ən azı bitmək üzrədir...
 
                                Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
 
                                ... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
 
                                Azərbaycan Xankəndi yolunu bağlayır ...
 
                                Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
 
                                Ermənilərə gələn silah karvanının sahiblərinə ...
 
                                Azərbaycan Rusiyanın oyununu pozur
 
                                Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
 
                                Erməni baş nazir müharibə istəyir?
 
                                İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
 
                                Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Bugünlərdə Azərbaycan tərəfi belə bir xəbər yaydı: ”Noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd ”PMN-E” fuqas tipli piyada əleyhinə mina zərərsizləşdirilib”.
Bu bəyanata münasibət bildirən Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyir ki, Azərbaycan tərəfi sentyabrda hərbi münaqişə törədib. Ermənistan ərazisinə daxil olub. Azərbaycan tərəfi Ermənistan ərazisindən çıxardığı minaları aparıb Qarabağda basdırıb. İndi də dünyanı inandırmağa çalışırlar ki, bu minaları, yəni 2021-ci ildə Ermənistanda istehsal olunan minaları ermənilər Dağlıq Qarabağda basdırıb. Azərbaycan Laçın dəhlizini bağlamaq üçün mina söhbətindən bəhanə kimi istifadə edir...
Erməni həyasızlığı sərhəd tanımır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Gəlin görək faktlar nə deyir.
2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Azərbaycan ərazisində aşkar olunması ilə bağlı məlumatlar sentyabrdan əvvələ təsadüf edir. Məsələn, avqustun 31-də, yəni sentyabr olaylarından xeyli qabaq dövlətin əsas media orqanlarından olan “Azərbaycan” qəzetində “Ermənistanın mina terroru davam edir” adlı kiçik xəbər gedib. Xəbərdə deyilir: “Laçında kütləvi şəkildə beynəlxalq humanitar hüquqazidd PMN-Э növlü minalar aşkarlanır.
Bu barədə Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə yaydıqları məlumatda bildirilib.
Qeyd edilib ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin avqustun 15-dən 31-dək 1318 ədəd PMN-Э növlü minalar aşkarlanıb.
Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Həmçinin Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.
Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir”.
Gördüyünüz kimi, 2021-ci ildə Ermənistanda istehsal olunan minalar ən azı avqustun 15-də Laçın ərazisində aşkarlanıb. Bu isə o deməkdir ki, Edmon Marukyan həyasız şəkildə yalan danışır...