Həsən Həsənovun ailəsinə ev verildi
Şəhidin qardaşı: «Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
-
Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Detalları açıqlamaq istəmirəm»
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
-
Kəlbəcərli girov Şuşadan İrəvana aparıldı
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
-
Dilqəm Əsgərovdan məktub gəldi
7 aydan sonra ...
-
Kəlbəcər girovlarından xəbər var
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
-
«6 aydır xəbər almırıq»
Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»
-
Dilqəm, Şahbaz, Həsən...
İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...
-
... Dilqəmlə Şahbazın məsələsi icraata götürüldü
Avropa insan haqları komissarı tərəfindən...
-
Ermənilərə görə Azərbaycana hədə kimi tələb
Erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxan Moskva Xankəndində girov saxlanılan Dilqəmi niyə unudub?
-
Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
-
Rusiyanın Bakıdakı elçisinin müsahibəsi aranı qatdı
Politoloq: «Niyə rusiyalı diplomat bircə dəfə Dilqəm Əsgərovun yanına getməyib?»
-
«Situasiyanı tam dərk edə bilməmişik»
Rusiya səfiri: «Əsgərov təmas xəttini necə keçib, niyə silahlı olub?»
-
Dilqəm və Şahbazdan xəbər var
BQXK girovlara baş çəkib
2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib. VAXT.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə H.Həsənovun qardaşı Nail Həsənov bildirib.
O qeyd edib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə yaşayacaq. «Yeni mənzil Mehdiabad qəsəbəsində yerləşir, üçotaqlı, tam təmirlidir».
N.Həsənov özünün, atası Fərman Həsənovun və ailə üzvlərinin adından ölkə başçısı İlham Əliyevə, «Dövlətqaçqnkom»un sədri Əli Həsənova təşəkkürünü bildirib: ««Dövlətqaçqnkom»un əvvəl verdiyi Müşfiqabad qəsəbəsindəki evin Həsənin ailəsindən alınaraq başqasına verilməsi mətbuatda geniş rezonans doğurmuşdu. Sonra Əli Həsənov Həsənin ailəsini şəxsən nəzarətə götürdü. Yoldaşı Vüsalə xanımı şəxsən qəbul edərək onun ailə problemləri ilə maraqlandı. Əli müəllim qardaşımgilin ev məsələsini daim diqqətdə saxladığını qeyd etdi. Cənab sədr həmin vaxt ailənin istəyinə uyğun yerdən evlə təmin edəcəyini deyərək, bu barədə məsələni Mehriban xanım Əliyevaya da bildirəcəyini söyləmişdi.
Həsənin ailəsinə Mehdiabad qəsəbəsində mənzil verilməsində Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu. Bu yaxınlarda oradakı şəhərcikdə mənzil şəraiti pis olan ailələrə Mehriban xanım tərəfindən mənzil hədiyyə olunacaq. Hələ ki Həsənin ailəsi oradan mənzil alan ilk ailədir».
Qeyd edək ki, 2014-cü ildə ölkə başçısı «Dövlətqaçqnkom»un sədri Əli Həsənova D.Əsgərov, Ş.Quliyev və H.Həsənovun ailəsinin mənzillə təmin olunması barədə göstəriş verib.
Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə gedən Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevə «məhkəmə» qurulub. «Məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.