Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Detalları açıqlamaq istəmirəm»
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
-
Kəlbəcərli girov Şuşadan İrəvana aparıldı
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
-
Dilqəm Əsgərovdan məktub gəldi
7 aydan sonra ...
-
Kəlbəcər girovlarından xəbər var
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
-
«6 aydır xəbər almırıq»
Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»
-
Həsən Həsənovun ailəsinə ev verildi
Şəhidin qardaşı: «Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu»
-
Dilqəm, Şahbaz, Həsən...
İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...
-
... Dilqəmlə Şahbazın məsələsi icraata götürüldü
Avropa insan haqları komissarı tərəfindən...
-
Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
-
Dilqəm və Şahbazdan xəbər var
BQXK girovlara baş çəkib
-
Kəlbəcərli girovların səhhətində problem var
Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün beynəlxalq həkimlər dəvət edilə bilər
-
...Onları kim güllələyib?
Kəlbəcərdəki ermənilər qorxu içində...
-
Prezidentin tapşırığına «Qaçqınkom»un vetosu
Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi geri aldılar
Düz 20 il əvvəl-1997-ci ilin yazında Azərbaycanla Ermənistan arasında hərbi əsir və girovların «hamının hamıya» prinsipi ilə mübadiləsi həyata keçirilmişdi. Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə mərhələlərlə həyata keçirilən həmin əməliyyat zamanı Azərbaycan erməni hərbi əsirlərin hamısını təhvil verdi. Lakin Ermənistan tərəfi əsir və girov Azərbaycan vətəndaşlarının bir hissəsini gizlətdi, nəticədə hələ də erməni tərəfinin əlində yüzlərlə azərbaycanlı əsirin qaldığı güman edilir.
Virtualaz.org xəbər verir ki, «Sputnik Armenia» agentliyinin rəhbəri, rusiyalı jurnalis Dmitri Pisarenko 1997-ci ildə İrəvanda NTV kanalının xüsusi müxbiri işləyirdi. O, əsirlərin mübadiləsinə dair İrəvanın «Zvartnots» aeroportundan reportajlar hazırlayıb. Reportajlardan birində 4 azərbaycanlı hərbi əsirin Beynəlxalq Qırmızı Xaçın təyyarəsi ilə İrəvandan Bakıya gətirilməsindən bəhs olunur. Bunlardan biri Azərbaycan ordusunun ermənilər tərəfindən əsir götürülmüş əsgəri Altay Abdullayevdir. Jurnalist ondan İrəvan həbsxanalarında azərbaycanlı hərbi əsirlərin qalıb-qalmadığı haqda soruşur.
«Bilmirəm, mən saxlanıldığım yerdə ancaq bu 4 nəfəri görmüşəm», - 9 ay erməni əsirliyində saxlanılandan sonra azad edilən A.Abdullayev bildirir. Beynəlxalq Qırmızı Xaçın İrəvan nümayəndəliyinin rəhbəri Zoran Yovanoviç bildirir ki, onların məlumatına görə mülki şəxslərin əlində olan hərbi əsirlər var, hansı ki, belələrinin adı Beynəlxalq Qırmızı Xaçın siyahısında yer almır. Həmin əsirləri saxlayan mülki şəxslər onlara görə pul tələb edirlər.
Habelə reportajdan məlum olur ki, ermənilərin əlindəki azərbaycanlı əsirlərdən 3 nəfəri Ermənistan hakimiyyətindən onları «üçüncü ölkəyə» göndərməyi xahiş edir. Bu şəxslər iddia edir ki, döyüşmək istəmədikləri üçün könüllü əsir düşüblər. Zoran Yovanoviç həmin şəxslərin istəyini şərh etməkdən imtina edib.