«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
Pərvin ARZUQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Detalları açıqlamaq istəmirəm»
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
-
Kəlbəcərli girov Şuşadan İrəvana aparıldı
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
-
Dilqəm Əsgərovdan məktub gəldi
7 aydan sonra ...
-
Kəlbəcər girovlarından xəbər var
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
-
«6 aydır xəbər almırıq»
Dilqəm Əsgərovun oğlu: «Ümidimiz yalnız prezidentimiz İlham Əliyevədir»
-
Həsən Həsənovun ailəsinə ev verildi
Şəhidin qardaşı: «Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu»
-
Dilqəm, Şahbaz, Həsən...
İşğalçı siyasəti sındıran Kəlbəcər girovlarının qəhrəmanlıqlarından 3 il ötür...
-
... Dilqəmlə Şahbazın məsələsi icraata götürüldü
Avropa insan haqları komissarı tərəfindən...
-
Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
-
Dilqəm və Şahbazdan xəbər var
BQXK girovlara baş çəkib
-
Kəlbəcərli girovların səhhətində problem var
Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün beynəlxalq həkimlər dəvət edilə bilər
-
Lapşinin həbsi presedent ola bilər
Sərhədimizi qanunsuz keçən hər kəs bu aqibəti yaşayacaq
-
...Onları kim güllələyib?
Kəlbəcərdəki ermənilər qorxu içində...
İllər öncə əlinə silah alıb torpaqlarımızın müdafiəsinə qalxan vətən oğullarının çoxu indi qocalıb. Bəziləri də əsa ilə gəzir. Torpaqlarımız isə hələ də işğal altındadır. O insanların üzünə baxdıqca, adama elə gəlir ki, onlarla bərabər Qarabağ da qocalır, Qarabağ da əsa ilə yeriyən ixtiyara bənzəyir.
Bəs, o əsa Qarabağın əlindən nə vaxt alınacaq?
Modern.az saytı «Vətən söhbəti» adlı yeni layihəyə start verir. Layihəmizin ilk qonağı Milli Məclisin deputatı Elman Məmmədovdur.
- Elman müəllim, ötən əsrin 80-ci illərində torpaqlarımızın müdafiəsinə qalxan insanlar indi qocalıblar. Qarabağ isə hələ də işğal altındadır. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Mən də razıyam ki, torpaqlarımızın işğaldan azad olunmasının zamanı keçir. Biz yaşlanırıq, əlbəttə ki, bir gün gələn, bir gün gedəcək. Amma hesab edirəm ki, bizim laqeyd münasibətimizi torpaqlarımız bizə bağışlamayacaq. Biz torpaqlarımızın neçə illərdir ki, işğal altında qalmasına dözümlülük, səbr nümayiş etdiririk. Bu səbrimizi, bu dözümlülüyümüzü torpaq bizə bağışlamayacaq. Təsəvvür edin ki, əlində silah döyüşən oğlanların 70-80 faizinin yaşı artıq 60-ı keçib. Çoxları bəlkə də dünyasını dəyişib. Bizim bir arzumuz var ki, uğrunda döyüşdüyümüz torpağın azad olunduğu günü görək. Düşünürəm ki, o torpaqlarda ölmək yalnız arzu olmamaldır.
- Bir vaxtlar atalarımız bizi müharibəyə göndərirdi. İndi biz atalarımızın nəvələrini müharibəyə yollayırıq. Hələ çoxmu davam edəcək Qarabağsız illər?
- Millətindən, dinindən, irqindən asılı olmayaraq hər bir valideyn üçün övladı əzizdir. Amma bir şey var ki, sən də, sənin övladın da ana torpağı övladdan da çox istəməlidir. Bir türk şairinin belə bir fikri var:
Üfüq mavi, başaq sarışın,
Tanrım nə gözəldir, barışım,
Ancaq torpağın bir qarışı üçün,
Belə barışdan min dəfə üstündür, savaşım.
Yəni torpağa görə hər şeyi qurban verməyə dəyər, istər övlad olsun, istərsə də var-dövlət, vəzifə. Əgər canını qorusan, vəzifəni qorusan, övladını qorusan, sən torpaq uğrunda döyüşə bilməyəcəksən. Torpaq uğrunda ölümə getmək cəsarətini özündə tapmayacaqsan. Düşmənə qalib gəlmək qətiyyətin olmayacaq.
- Sizcə indi cəsarətimiz, qətiyyətimiz varmı?
- Mənə elə gəlir ki, biz bu cavabı zamanında vermişik. İndi də bunu etməyə qadir olan Azərbaycan oğulları var, güclü ordumuz var. Heç bir zaman bizim oğullarımız qorxaq olmayıb, onlar torpaq uğrunda döyüşlərdə canlarını qurban verməyə hazır olublar. Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin səbəbkarları döyüşən Azərbaycan oğulları, xalq olmadı. Üzərimizə yeriyən düşmənin havadarları güclü oldu, hiyləgər oldu. Bir də rəhbərlərimiz, sərkərdələrimiz uduzmağımıza səbəb oldular. Millətimiz çox böyük gücə qarşı vuruşurdu. Amma düşünürəm ki, rəhbərlik səriştəli, mükəmməl, qətiyyətli olsa idi, bu gün torpaqlarımız işğal altında olmazdı. Azərbaycanın bugünkü rəhbərliyi, ordusu, nizam-intizamı artıq bizə qətiyyətlə döyüş ruhunda, döyüş əzmində olduğumuzu deməyə imkan verir. Dəqiq olan budur ki, biz istənilən halda düşmənə qalib gəlmək gücündəyik.
- Elman müəllim, 1994-cü ilin mayın 12-dən atəşkəs elan olunub. Əslində bu atəşkəsin müddəalarına baxanda, onu qüvvədən düşmüş bir sənəd də adlandıra bilərik. Bəs atəşkəs dövrünün qəhrəmanları deyəndə, döyüşçü olaraq, sizin yadınıza kimlər düşür?
- Kimlər düşmənlə üz-üzə səngərdə sona qədər vuruşursa, o insanı mən fəxrlə qəhrəman adlandıra bilərəm. O insan səngərdə torpağı qorumaq üçün durur. Bizim əmin-amanlığımız, firavan yaşamığımız üçün o öz canından keçərək, səngərdə dayanır. Çünki səngərdə durmaq asan iş deyil. Orada əlində silah düşmənlə üz-üzə dayanmaq bilirsiniz nə deməkdi? Onun hər saniyəsi ölümdür. Mən bu insanların hər birini qəhrəman hesab edirəm. O dövrdə atəşkəs bizə hava-su kimi lazım idi. Mən düşünürəm ki, bu gün atəşkəs bizə lazım deyil. Bu gün bu atəşkəs düşmənə lazımdır. «Təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görək» kimi fikirlərin tamamilə əleyhinəyəm. Qoy, Azərbaycan-Ermənistan sərhədlərində atəşkəs olsun. Təmas xəttindəki atəşkəs isə düşmənin xeyrinə işləyir, onlara sərf edir. Biz bu işğalla razılaşa bilmərik. Mənim fikrimcə, təmas xəttindən hər gün erməni ailələrinə əsgər meyiti getməlidir. Onlar təlaş içində, qorxu içində yaşamalıdırlar. Onları yalnızca güc yolu ilə başa salmaq lazımdır ki, sizin Azərbaycan torpaqlarında nə işiniz var. Onlara başa salmaq lazımdır ki, Qarabağ sizə ancaq və ancaq məzar ola bilər.
- 20-30 il görüşmədiyiniz insanlarla bu gün rastlaşanda ən çox nələri xatırlayırsınız, hansı hisləri keçirirsiniz?
- Eyni acını daddığımız insanlarla görüşəndə mən keçmişi, o günləri, Xocalıda baş verən hadisələri xatırlayıram. Biz o ağır günləri birlikdə yaşamışıq. Bəlkə də ona görə biz bir-birimizi daha çox istəyirik və daha yaxşı başa düşürük. Bu münasibətlərdə saxtakarlığa yol vermək olmaz. Bu, bizə yaraşmaz.
- Yeri gəlmişkən, bu gün Qarabağ mühitini hardasa görə billirsinizmi?
- Mən daim cəbhə bölgələrində oluram. Bir neçə gün bundan öncə də Murovun ətəyinə qədər gedib çıxmışdım. Belə yerlərə gedəndə Qarabağlı günləri xatırlayıram. Bizim yerlərini insanları ilə dərdləşəndə, görüşəndə isə bir anlıq özümü unuduram, elə bilirəm yenə Xocalıdayam. Tez-tez yuxularımda Xocalıda keçirdiyim günləri görürəm. Məktəbdə işlədiyim günlər, uşaqlıq vaxtlarım. Konkret mühit məsələsinə gəlincə, o mühitin yox olması məni çox narahat edir.
- Danışdıqlarınızdan belə bir qənaətə gəlmək olar ki, vətən həm torpaqdır, həm də vətəni yaşadan elə insanlardır. Bu insanlar içərisində təpədən-dırnağa vətənə bağlı olanlar dünyadan köç edir. Az qala sabah Qarabağı gözləri ilə görüb uşaqlara, gənclərə danışacaq, heç olmasa nağıl kimi nəql edəcək adam olmayacaq.
- Azərbaycan hər bir azərbaycanlının vətənidir. Amma mənim vətənim o torpaqdan başlayır. Mənə ordan əziz yer yoxdur. Hər bir azərbaycanlı üçün onun doğulduğu yer vətənidir. Mənim ən müqəddəs arzumdur ki, mən doğulduğum yerdə ölüm. Bu arzu ilə, Xocalı deyə-deyə nə qədər dünyasını dəyişənlər oldu. Mənim üçün bunlar çox qorxulu, qəmli hadisələrdir. Amma yenə də ümidimizi itirmirik.
- Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata - baba torpaqlarımızda, Qarabağda ermənilər tərəfindən girov saxlanılır. Necə düşünürsünüz, bu insanlar orda girovdurlar ya özlərini doğma torpaqlarında hiss edirlər?
- Fikirləşirəm ki, biz kütləvi şəkildə silahsız təmas xəttinə gedib, öz torpaqlarımıza keçmək istəsək, düşmən bizim hamımızı güllə-boran edəcəkmi? Bu sualı öz-özümə verirəm, sonra da deyirəm ki, onlar bunu edə bilməzlər. Düşünürəm ki, biz xalq olaraq bunu edə bilərik. Bu qədər məcburi köçkün əl-ələ verib, hücum çəkə sərhəd bölgəsinə və deyə ki, biz öz evimizə gəlirik. Qoy, erməni, onun havadarları o zaman bizim hamımızı öldürsün.
O zaman bütün dünya onların mənfur əməllərindən xəbər tutsun. Bütün dünyaya bəyan etməliyik ki, biz öz evimizə getmək istəyirik. Məncə belə bir aksiyanı mütləq keçirməliyik. Hamımız Dilqəmin, Şahbazın getdiyi yolla öz evimizə getməliyik.
- Söhbətimizin əvvəlində atəşkəs dövrünün qəhrəmanlarından danışdıq. Dediyinizdən belə düşünmək olar ki, qəhrəmanlıq bir an məsələsidir.
- Sonunu düşünən qəhrəman ola bilməz. Kim desə ki, mən düşünərək qəhrəman olmuşam, bu, yalandır. O addım düşünülmədən, ani olur. Bəlkə də bir neçə müddət keçəndən sonra o insan nə etdiyinin fərqinə varır. Bu gün qəhrəmanlarımız haqqında salnamələr yazılır. Amma mən düşünürəm ki, onların yanında olub, canını düşünmədən düşmənə qarşı vuruşan hər kəs qəhrəmandır.
Vətənin keşiyində, səngərdə soyuqda, qarda torpaqlarımız üçün canından keçməyə hazır olan vətən oğulları var. Onların sifətləri ayazdan, şaxtadan cadar-cadar olur. Bəs onlar qəhrəman deyillərmi?
- Elman müəllim, zaman-zaman belə fikirlər səsləndirilir ki, bizdə döyüşlərdə kimisə arxadan vurublar. Sizcə, bu, insanlar arasında inamsızlıq yaratmaq üçün deyilmi?
- Döyüşlərdə insanlar bir-birinə güvənirlər, bundan böyük dostluq ola bilməz. Döyüş, səngər, müharibə dostundan daha möhkəm dostluq yoxdur. Bu söz-söhbətləri yaradanların düşüncəsində 90-cı illərdə baş verənlər qalıb. Belə fikirləri söyləyənlər bu gün orduda düşmən dəyirmanına su tökənlərdir.
Bu gün Azərbaycan ordusunda çox ciddi nizam-intizam, hərbi qayda-qanun var. Bu gün Azərbaycan ordusunda qələbə əzmi, döyüş ruhu var.
Əsgərimiz də güclü ordunun əsgəri olması ilə fəxr edir. Ordunu Qarabağa kimi sevməlisən. Qarabağı istəyən hər kəs ordunu sevməlidir. Qarabağı bizə bu ordu qaytaracaq. Bunu bilməyimiz lazımdır. Qarabağın azad edilməsinin başqa yolu yoxdur.