vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QƏZA, FACİƏ  
23:09 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 10677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“AAAF” parkdakı mənzildə güclü partlayış

Dörd nəfər yaralanıb, birinin vəziyyəti ağırdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Xırdalanda partlayış baş verib. TƏBİB-dən verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Belə ki, 2000-ci təvəllüdlü Novruzova Bahar Saleh qızı III dərəcəli termiki yanıq ilə vəziyyəti ağır hesab olunur.

Şükürova Mələk Cavid qızı (7 yaş), Şükürova Dəniz Cavid qızı (4 yaş), Şükürov Ömər Cavid oğlu (1 yaş) II-III dərəcəli termiki yanığı ilə vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.


***


22:51

Abşeron rayonu, Xırdalanda yaşayış binasında partlayış zamanı 4 nəfər xəsarət alıb. 

Hadisə zamanı ana və 3 övladı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasında baş verib. (Report.az)


***


22:23

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.


***


22:10

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə Yanıq Mərkəzindən məlumat verilib. (APA)


***


21:27

Xırdalanda partlayış baş verib.

Hadisə “AAAF” parkda yerləşən binadakı mənzillərin birində olub. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar. 

Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır. 


***


Fövqəladə Hallar Nazirliyindən bildirilib  ki, partlayışla bağlı “112” xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.