Polis minaya düşüb
Hadisə Füzuli rayonunda xidmətdən kənar vaxtda baş verib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
30 il və 25 milyard ən aşağı proqnozdur
90-ci illərdən işğalda qalan ərazilərdə kim bilir nələrə basdırılıb
-
İki sürücü minaya düşüb
Yalpri Yıldıray Xocavənddə, Şamil Məmmədov isə Cəbrayılda ...
-
Əsgərimiz minaya düşdü
Kiçik çavuşun vəziyyəti ağırdır
-
Ermənistan sərhəddi minalardan təmizlənəcək
Xərclərin 75 faizini Avropa Birliyi ödəyəcək
İyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.