vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
KİNO-TEATR  
10:19 | 5 aprel 2024 | Cümə Məqaləyə 2681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qurdlar və qoyunlar” Bakıya gəlir

Görməyə hazırsınız?

GÜLCAHAN

Moskvanın məşhur “Pyotr Fomenkonun Emalatxanası” Teatrı mayın 18-də və 19-da Bakıda qonaq olacaq. Kollektiv iki axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanmış “Qurdlar və qoyunlar” komediyasını paytaxtımızın teatrsevərlərinə təqdim edəcək.

Tamaşaçısını sevən, klassik irsə hörmət edən bütün Rusiya teatrları A.Ostrovskinin yaradıcılığına müraciət edir. Maraqlıdır ki, qonağımız olacaq teatrda bu tamaşanın premyerası 1992-ci ilin mayında olub. Əfsanəvi teatr xadimi Pyotr Fomenkonun (1932–2012) quruluş verdiyi “Qurdlar və qoyunlar” 32 ildir ki, klassikaya incə və sayğılı münasibəti, əsərin tamamilə yeni çalarlarının açılması ilə tamaşaçıları cəlb edir. Səhnə əsəri ötən il yenilənən heyətlə Bakıda oynanılacaq.

Pyotr Fomenkonun dəyişməz quruluşunda təqdim edilən tamaşanın rejissoru Ma Çjen Xun, rəssamı Tatyana Selvinskaya, musiqi tərtibatçısı Boris Qorbaçovdur.

Tamaşada aktyorlar Nataliya Kurdyubova (Meropiya Murzavetskaya), Aleksandr Morovov və Dmitri Zaxarov (Apollon Murzavetski), Mariya Andreyeva (Qlafira Alekseyevna), Yekaterina Smirnova (Yevlampiya  Kupavina), Qalina Kaşkovskaya (Anfusa Tixonovna), Aleksey Kolubkov (Mixail Lınyayev) və b. çıxış edirlər.

Tamaşa haqqında teatrın saytında verilən məlumatın sonunda seyrçilərə bir xatırlatma da var: “Qurdlar və qoyunlar”ın nümayişi zamanı müəllifin remarkalarını və rejissorun müəyyən etdiyi yaradıcı tapşırıqları yerinə yetirən aktyorlar səhnədə siqaret çəkirlər. Təşkilatçılar tamaşaya gələnlərə bu informasiyanı nəzərə almağı təklif edirlər.