vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
KRİMİNAL, CİNAYƏT  
16:07 | 13 noyabr 2022 | Bazar Məqaləyə 1522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TSQ-nin gizli strukturunda çalışıb

FETÖ-nün Bakıdakı üzvü Uğur Dəmirokun həbs olunmasının detalları

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə kəşfiyyatının Bakıda keçirilən xüsusi əməliyyatın təfərrüatları bəlli oldu. Axtarışda olan Uğur Dəmirok Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Bakıda keçirdiyi xüsusi əməliyyat zamanı saxlanaraq aparılıbmış.

67 gün əvvəl gerçəkləşdirilmiş xüsusi əməliyyatın təfərrüatları indi bəlli olub.

Silahlı terror təşkilatı yaratmaq və idarə etmək ittihamı ilə beynəlxalq axtarışa verilmiş FETÖ üzvü Uğur Dəmirok bu il sentyabrın 6-da səhər saatlarında Bakıda, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında “yoxa çıxmışdı”.

Biznesmenin yoxa çıxması barədə onun ailə üzvləri məlumat verib. Dəmirokun Bakıdakı taleyi ilə bağlı Türkiyə parlamentində də məsələ qaldırılıb, hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciətlər edilib.

Bakıda Uğur Dəmirok həyat yoldaşı Nurdanla birlikdə tibbi cihazların satışı biznesi ilə məşğul olub və ailəsi ilə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yaşayıb. 

Sentyabrın 6-da səhər saatlarında iş adamı işə gedərkən maskalı naməlum şəxslər tərəfindən saxlanılıb və hadisə şahidlərinin sözlərinə görə, şüşələrinə qara plyonka vurulmuş avtomobilə sıxışdırılıb.

Dəmirokun arvadı yerli polis idarəsindən ərinin “Türkiyəyə getdiyini” öyrənib, lakin hadisə baş verən gün onun pasportu olmadığından bunun məcburi qaçırma olduğuna şübhə yox idi. 

Daha sonra ailə üzvləri Dəmirokun Ankaradakı həbsxanada olduğunu öyrənə bilsələr də, onun saxlanılması ilə bağlı rəsmi məlumat yoxdur.

Uğur Dəmirok FETÖ terror təşkilatının üzvü olub və 2016-cı il iyulun 15-də ölkədə baş vermiş hərbi çevrilişə cəhddən sonra xaricə qaçıb. 

Dəmirok Türkiyə Silahlı Qüvvələrində (TSQ) gizli FETÖ strukturunda fəal çalışıb, həmçinin təşkilat üzvlərinin gizli yazışmalar üçün quraşdırdığı “ByLock” proqramının istifadəçisi olub.