Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:15 | 9 oktyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2898 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir. Qərarın ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsindən sonra verilməsi diqqəti cəlb edir. Açıqlamada Metin Topuzun adı çəkilməsə də, qərarın onun həbsi ilə bağlı olduğu güman olunur: «Son zamanlar yaşanan hadisələr, Vaşinqtonu Türkiyənin ABŞ obyektlərinin və personalının təhlükəsizliyi ilə bağlı öhdəlikləri yenidən dəyərləndirmək məcburiyyətində qoyub».
Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.
Türkiyə də gecə yarısı rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyi tərəfindən verilən qısa açıqlamada elan olunub. Vizaların verilməsinin dayandırılması ilə bağlı yayılan hər iki mətndə təxminən eyni ifadələrdən istifadə olunub.
ABŞ-ın qərarı bütün növ pasportlara şamil edilib. Belə ki, diplomatik pasportları olan Türkiyə vətəndaşları da ABŞ-a gedə bilməyəcək. Qərar yalnız artıq viza almış şəxslərə şamil olunmayacaq.
Vizaların qarşılıqlı ləğvindən sonra dollar və avro türk lirəsinə nisbətən bahalaşıb. Bir dollar 3,80 lirəyə qədər bahalaşdıqdan sonra yenidən 3,71 lirəyə düşüb. Avro isə 4,51 lirəyə qədər bahalaşaraq tarixi rekordunu qırıb. Mütəxəssislər lirənin daha çox dəyər itirəcəyini bildirir.
Xatırladaq ki, ABŞ bundan əvvəl Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına viza verilməsini dayandırıb.