vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 27 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
23:49 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 1520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Forbesin “Milyarderlər siyhası”

Sayı 141 nəfər artan super varlılar sərvətlərinə 2 trilyon əlavə ediblər

CAVİD

Amerikanın biznes jurnalı “Forbes”in bu il 38-ci dəfə dərc etdiyi “Milyarderlər siyahısı” dünyada milyarderlərin sayının və sərvətlərinin artdığını göstərib. Buna görə milyarderlərin sayı keçən ilə nisbətən 141 nəfər artaraq 2 min 781 nəfərə çataraq rekord qırıb.

Milyarderlərin ümumi sərvəti 2 trilyon dollar artaraq 14,2 trilyona çatıb.

Lüks mallar nəhəngi LVMH-nin baş direktoru, Fransız əsilli Bernard Arnault 233 milyard dollar sərvəti ilə ikinci dəfə dünyanın ən varlı adamı kimi siyahıya başçılıq edir. “Louis Vuitton”, “Tiffany & Co”, “Christian Dior” və “Sephora” kimi markaların sahibi olan şirkətin sahibi Arnaultun sərvəti keçən illə müqayisədə 22 milyard dollar artıb.

Siyahıda “Tesla” və “SpaceX”in sahibi İlon Mask 195 milyard dollar sərvətlə ikinci, ABŞ e-ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezos isə 194 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.

Ötən il olduğu kimi milyarderlərin təxminən 13 faizini qadınlar təşkil edib. Dünyanın ən varlı qadını 99,5 milyard dollar sərvəti ilə “L'Oréal”ın qurucusunun nəvəsi Fransuaza Bettencourt Meyersdir.

Milyarderlərin orta yaşı 66 olduğu halda, ən yaşlı milyarder 102 yaşlı amerikalı sığorta maqnatı Corc Cozef kimi qeyd olunur.

Babası elektrik avadanlıqları istehsalçısı “WEG”in həmtəsisçisi olan 19 yaşlı braziliyalı Livia Voigt ən gənc milyarder kimi siyahıda yer alıb.

Ən zəngin insanlar arasında 25 milyarderin yaşının 33 və daha kiçik olduğu bildirilib. Bu insanların ümumi sərvəti 110 milyard dollar olaraq hesablanıb.

Ən çox milyarderin olduğu ölkə 813 nəfərlə ABŞ olub. Bu ölkəni 473 milyarderlə Çin və 200 milyarderlə Hindistan izləyir.

Süni intellektə olan sıx tələbat ümumilikdə texnologiya ehtiyatlarının artımını dəstəkləsə də, eyni zamanda texnologiya milyarderlərinin ümumi sərvətini cəmi bir il ərzində təxminən 750 milyard dollar artıraraq 2,6 trilyon dollara çatdırdı.

Süni intellektə tələbat bu sahədə çalışan bir çox insanın, məsələn, “Super Micro Computer”in icraçı direktoru Çarlz Lianq, “Advanced Micro Device”in icraçı direktoru Lisa Su və “Nvidia” İdarə Heyətinin üzvü Harvi Cons kimi insanların siyahıya daxil edilməsinə kömək edib.

OpenAI-nin baş direktoru, süni intellekt “ChatGPT” chatbotunun yaradıcısı Sam Altman da milyarderlərə qoşulub.

Bu il Türkiyədən 27 ad “Forbes”in “Milyarderlər siyahısı”na daxil edilib. “Yıldız Holdinq” İdarə Heyətinin üzvü Murad Ülkər 5,1 milyard dollarlıq sərvətlə Türkiyənin ən zəngin adamıdır və siyahıda 597-ci yerdədir.

Ülkərdən sonra 3,5 milyard dollar sərvətlə “Kazancı Holdinq” İdarə Heyətinin sədri Cəmil Kazancı, 3,1 milyard dollar sərvətlə “Koç Holdinq” İdarə Heyətinin üzvü İpek Kıraç, 3 milyard dollar sərvətlə “Koç Holdinq” İdarə Heyətinin üzvü Semahat Arsel və 2,8 milyard dollarlıq sərvətlə “Erdemoğlu Holdinq” İdarə heyəti Başçısı İbrahim Erdemoğlu gəlir.

2021 və 2022-ci illərdə gəlir vergisi rekordçusu olan “Baykar” İdarə Heyətinin sədri Səlçuq Bayraktar və vergi siyahısında ikinci olan “Baykar”ın baş direktoru Haluk Bayraktar bu il Forbes siyahısına qatılacaq yeni adlardır.

Türk milyarderlərinin ümumi sərvəti təxminən 56,1 milyard dollar olaraq hesablanıb.