

Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Qondarma ittihamla həbs edə bilərlər ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX rəsmi açıqlama yaydı
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
Onu müharibə tanıtdı, yoxsa?...
DTX rəsmi açıqlama yaydı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çox uğurlu bir əks-kəşfiyyat əməliyyatı həyata keçirib. DTX-nın bir əməliyyatla İranın ölkəmizə qarşı casusluq edən 5 əməkdaşının ifşa olunması və vətənə xəyanət maddəsi ilə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti ciddi, sistemli və uzunmüddətli işin nəticəsi olaraq dəyərləndirilə bilər. Fikrimcə, bu əməliyyat, hətta İran və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcək səviyyədə hadisədir.
Artıq görünən odur ki, qonşu İranın xüsusi xidməti açıq-aşkar Azərbaycan əleyhinə casus şəbəkəsi formalaşdırıb və özünün kəşfiyyat maraqlarını həyata keçirir.
Bu tip hərəkətlər son zamanlar hətta sosial mediada açıq fəaliyyət göstərən bəzi iranpərəstlərin də çıxışlarından görünür.
Güman etmək olar ki, İranın son zamanlar Azərbaycan əleyhinə təhdidlərinin artmasından, sərhəddə hərbi təlimlər keçməsindən sonra Azərbaycana qarşı işləyən casus şəbəkə də aktivləşib.
DTX-nın bununla bağlı açıqlamasında diqqət cəlb edən həm də bu agentura şəbəkəsinin topladığı məlumatları “Telegram” və “WhatsApp” kimi sosial media resurslarından istifadə etməklə ötürməsidir.
Maraqlıdır ki, bu agentura şəbəkəsi daha təhlükəsiz olan “Signal”dan deyil, FETÖ şəbəkəsinin istifadə etdiyi “ByLock” tipli mesencerlərdən deyil, daha adi olan sosial resurslardan istifadə ediblər.
Güman ki, artıq DTX “Meta” şirəkətinə və “Telegram”ın ofislərinə cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı əlavə məlumatların verilməsi üçün müraciət edib.
Bu qlobal resurslar beynəlxalq normalara görə cinayət işi başlananlarla bağlı əsaslandırılmış sorğular daxil olduqda məlumatları təqdim etməyə borcludur.
Amma adətən bu tip qlobal şirkətlərdə ikili standartlar da olur.
Odur ki, ofşorda yerləşən “Telegram”ın casuslarla bağlı məlumatların Azərbaycan tərəfinə verəcəyi inandırıcı görsənməsə də, düşünürəm ki, “Meta” şirkətindən “WhatsApp” istifadəçisi olan casus şəbəkə üzvləri haqqında məlumatları əldə etmək olar.
Xüsusi xidmət orqanlarımızın İranın agentura şəbəkəsinə qarşı fəaliyyəti təqdirəlayiqdir.