

Edilli kəndində olan Çexiyalı qonağın gördüklərindən təsirlənib
Polşalı ekspert erməni qəddarlığı haqda danışdı: “Bu qəddarlığı unutmaq olmaz”
90-ci illərdən işğalda qalan ərazilərdə kim bilir nələrə basdırılıb
Skeletləri tapılan 12 nəfərin ayaqları ölməzdən qabaq ...
Hadisə Füzuli rayonunda xidmətdən kənar vaxtda baş verib
Cocuq Mərcanlıya ikinci köçə start verilir
General Balasanyan erməniləri Talışa qaytarmaq planını açıqladı
«Qanunlarımızı qəbul edən qalıb bu torpaqda yaşayacaq»
Erməni zabit: «Azərbaycan ordusu 40 km mövqelərimizi əzib keçdi...»
Şəhidin son mesajı, qəhrəmanlarımızı daha yaxından tanıyaq
Hərbi ekspert: «Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ...»
«Cəmiyyətdə tolerant düşüncə qıtlığı var»
«Erməniləri vəhşiliklərini edə bilmərik»
Ən effektiv yol güclü müttəfiq dövlət tapmaqdır
4 günlük müharibə və 10 ildir dövr edən «Madrid prinsipləri»
«Heç bir ana istəməz ki, övladı həyatını itirsin...«
İyulun 14-də Azərbaycanın azad edilmiş ərazilərində iki mülki şəxs minaya düşərək xəsarət alıb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, “Azərsun Holding”in yük nəqliyyat vasitəsinin sürücüsü Şamil Məmmədov Cəbrayıl rayonunda tank əleyhinə minaya düşərək ağır xəsarətlər alıb.
Hadisə iyulun 14-də rayonun Dağ Tumas kəndi ərazisində baş verib.
Elə bu gün Xocavənd rayonunda ekskavator sürücüsü, Türkiyə vətəndaşı Yalpiri Yıldıray minaya düşüb.
Hadisə rayonun Taqavard kəndi ərazisində tikinti işləri zamanı baş verib.
Hər iki faktla bağlı prokurorluq cinayət işi qaldırıb.
Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələr nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 49 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işləri həyata keçirir.