
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
Venesueladakı faciədə 14 nəfər həlak oldu
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesueladan ABŞ-a mesaj
Maduro reaksiya verdi: “Venesuelanı heç kim aşağılaya bilməz”
Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb
“Deportasiya qoxusunu sevirəm”
Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ-ın Venesuela sahillərinə donanma göndərməkdə əsl məqsədi nədir?
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın iyulun 28-də keçiriləcək prezident seçkisinə “kölgə salmağa” çalışdığını bildirib. Həftəlik mətbuat konfransında danışan Maduro, “Sirk şousu, kampaniya başladı. Vaşinqtonda əsəblər gərgindir, oliqarxiyanın da əsəbləri gərgindir. Radikal sağçılar da bizdən ağıllı olduqlarını düşünürlər. Buraxın bu işləri”, – deyib.
O, dünyanın “ən etibarlı” seçki sisteminə sahib olduqlarını bildirərək, “ABŞ bizim seçki kampaniyamıza kölgə salmağa çalışır. Venesuela şəffaf və yoxlanıla bilən seçki siyasəti həyata keçirir. Vaşinqton onu gözdən salmağa çalışır”, – deyib.
Bu il hökumətlərinə qarşı planlaşdırılan 5 sui-qəsdin qarşısını aldıqlarını bildirən Maduro, Kolumbiyanın keçmiş prezidentləri Alvaro Uribe və İvan Dukenin hökumətlərindəki yüksək səviyyəli şəxsləri bu sui-qəsddə əli olmaqda ittiham edib.
Nikolas Maduro müxalifətin əsas namizədləri Mariya Korina Maçado və Korina Yorisin namizədliyinin Milli Seçki Komissiyası tərəfindən qəbul edilməməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
Prezident Maduro iyulun 28-də keçiriləcək prezident seçkisində üçüncü dəfə partiyası tərəfindən rəsmi olaraq namizədliyini irəli sürüb.