vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
13:08 | 15 oktyabr 2022 | Şənbə Məqaləyə 2015 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mədən qəzasının fəsadları artır

Bartındə ölənlərin sayı 40 nəfərə çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb. 

Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.

***

08:17

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

***

07:29

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən mədən partlayışı ilə bağlı açıqlama verib:

“110 qardaşımız orada işləyirdi. Riskli bölgədə 49 işçimiz vardı, 21 nəfər xəstəxanaya göndərildi, təəssüf ki, 14 işçimiz həyatını itirdi".

***

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 22 nəfərin öldüyünü açıqlayıb.

***

“İndiyə qədər 36 mədən işçimiz ərazidən çıxarılıb. Çıxarılan işçilərimizdən 25-i dünyasını dəyişib, 6 işçimiz isə müalicə üçün İstanbula göndərilib. 5 işçinin isə müalicəsi rayonda aparılacaq”, - vilayət rəhbərliyinin açıqlamasında bildirilir.

***

22:48

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də bildirib. (Milli.az)

***

21:49

Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.

Hadisə ilə bağlı açıqlama verən Bartın valisi Nurtaç Aslan partlayışın Amasra Taşkömürü Müəssisəsində baş verdiyini və səbəblərinin hələ bəlli olmadığını deyib.

Qeyd edilib ki, çox sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. Mədənin 300 mərtəbə dərinliyində 44, 350-də isə 5 nəfər qalıb. Səkkiz nəfər isə öz imkanları ilə çıxa bilib. (Trend)

***

21:47

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib. (APA)

***

21:20

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.

Bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.

Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub. (APA)

***

20:48

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Partlayışın səbəbi hələ ki, məlum deyil. (APA)