«Situasiyanı tam dərk edə bilməmişik»
Rusiya səfiri: «Əsgərov təmas xəttini necə keçib, niyə silahlı olub?»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Deyərdim ki, fövqəladə hadisədir»
Rusiya XİN-in keçmiş müavini: «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər»
-
Ermənipərəst Lavrovun qaranlıqda görünən izi...
Tofiq Abbasov: «Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər»
-
Diaspor təşkilatının işini əngəlləyən sirli fiqur(lar)
«ÜAK məsələsində əngəllər törədən, rusun, erməninin dəyirmanına su tökən adamlar var» - Abbas Abbasov və ...?!
-
İki ölkə arasında səfir müəmması
Doroxini əvəz edəcək səfirə Bakının etimadsızlıq göstərməsi Moskvanı yeni diplomat axtarışına məcbur edib
-
«Bizə düşmən lazım deyil!..»
Rusiyadakı diaspor rəhbəri od püskürdü: «Bu, Putinin səlahiyyətində olan məsələ deyil axı»
-
Erməni züytutanı Zuyevə veto qoyuldu
Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi
-
«Gəlin gedək evimizə!»
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
-
Azərbaycanlı əsirlər Bakıya gətirildi
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
-
Şahbaz Quliyevin səhhəti daha da pisləşib
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
-
«Doveryay, no proveryay?!»
Axı bu Rusiya bizim konqresimizdən nə istəyir?..
-
Rusiyadakı Azərbaycan diasporu birdəfəlik bağlandı
Apellyasiya ÜAK-la bağlı qərarı qüvvədə saxladı
-
Rusiya səfiri ÜAK-ın bağlanmasından danışdı
Doroxin: «Mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər»
-
Rusiya səfirini Bakıdan geri çağırır?
Zaxarova suala cavab vermədi...
-
«Bunun arxasında arvadı erməni olan məmurlar dayanır»
Siyavuş Novruzov: «Struktur islahatları davam etdiriləcək»
-
Rusiyanın Bakıdakı elçisinin müsahibəsi aranı qatdı
Politoloq: «Niyə rusiyalı diplomat bircə dəfə Dilqəm Əsgərovun yanına getməyib?»
-
ABŞ Azərbaycandakı yerini Rusiyaya verir?
ABŞ institutlarının boş qalan yerlərini müxtəlif təmayüllü qurumlar tutmağa çalışır...
Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin «Sputnik Azərbaycan» agentliyinə müsahibə verib və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanmasından, digər aktual məsələlərdən danışıb.
VAXT.AZ xəbər verir ki, səfir Rusiya-Azərbaycan münasibətlərinin bu günkü vəziyyəti barədə bunları deyib: «Bu günkü Rusiya-Azərbaycan münasibətləri nədir? Bu, milyonlarla olmasa da yüz minlərlə azərbaycanlının Rusiyada işləməsi deməkdir. Olduqca böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır. Qarışıq nigahlar, ümumi övladlar, qohumluq əlaqələrinin genişlənməsi...»
Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının əsas bazarıdır. Onun sözlərinə görə, Rusiyada oxuyan azərbaycanlılar qədər heç bir başqa ölkədə azərbaycanlılar oxumur. Azərbaycanda isə Qafqazın ən böyük rus icmalası özünü komfort hiss edir.
«Mən inanmaq istəmirəm ki, bütün bunlar ÜAK-ın ləğvinə görə təhdid altına düşəcək. Ən azından Rusiya bunda maraqlı deyil. İndi isə ÜAK haqda. Bu, Rusiya qeyri-hökumət təşkilatıdır, orada Rusiya vətəndaşları təmsil olunub. Təşkilat Rusiya qanunvericiliyi əsasında fəaliyyət göstərməlidir. Ötən ilin əvvəllərində Ədliyyə Nazirliyi təşkilatda planlı yoxlama apardı, hansı ki, belə yoxlamalar bütün qalan qeyri-hökumət təşkilatlarında da aparılır. Nəticədə Rusiya qanunvericiliyinin pozulması halları qeydə alındı. ÜAK üç dəfə bu pozuntuların aradan qaldırılması üçün xəbərdarlıq alıb, ancaq bütün bu yazışmalara cavab verməyib», - Doroxin bildirib.
«Ola bilsin bu mənim işim deyil, amma düzünü desəm mən ÜAK rəhbərliyinin mövqeyini başa düşmürəm. Əgər onlar Ədliyyə Nazirliyi ilə razı deyildisə bunu müəyyən olunmuş qaydada ifadə edə bilərdi. Əgər razıydılarsa iradları yerinə yetirməliydilər. Onlar isə Ədliyyə Nazirliyinin mövqeyinə məhəl qoymayıblar»-səfir əlavə edib.
Doroxin qeyd edib ki, Ədliyyə Nazirliyi belə vəziyyətdə məhkəməyə müraciət etməli olub. Çünki qanun bunu tələb edirdi. «Rusiyada məhkəmənin qərarı şərh olunmur. Onu ya yerinə yetirirlər, ya yuxarı instansiyaya şikayət verirlər. Başqa yol yoxdur», - Rusiya səfiri vurğulayıb.
Diplomat ÜAK məsələsinin bu cür yekunlaşmasından təəsüfləndiyini deyib, ancaq məhkəmə qərarının yerinə yetirilməli olduğunu bildirib. «İndi sakitləşmək, nəticə çıxarmaq və gələcəyə baxmaq lazımdır», - Doroxin əlavə edib.
Səfir daha sonra bloqqer Lapşinin məsələsinə toxunub, deyib ki, səfirlik bu işi nəzarətdə saxlayır. «Onun vəkilləri ilə təmasımız var, hərçənd vəkilləri biz yox, İsrail tərəfi tutub. Bu gün Lapşinlə bağlı məsələ hüquq müstəvisindədir. Onun təqsirləndirilən şəxs kimi hüquqları təmin olunur. Rusiya üçün ən başlıcası budur»-Doroxin qeyd edib.
- Bəs Rusiya digər vətəndaşı, Qarabağda erməni əsirliyində olan Dilqəm Əsgərovun məsələsinə görə niyə bu cür narahat deyil? Öz vətəndaşlarına münasibətdə niyə ayrıseçkiliyə yol verir?
Doroxin bu suallarla bağlı deyib ki, qaydalara görə əgər xaricdə Rusiya vətəndaşının başına bir iş gələrsə o zaman səfirlik öz konsulluq əməkdaşını onunla görüşməyə göndərməli, sənədlərini yoxlamalı, əslində başına nə iş gəldiyini araşdırmalıdır. Bundan sonra isə sonrakı addımlar barədə qərar verilir.
«Başa düşürsünüz ki, biz Əsgərovla bağlı belə edə bilmərik, çünki adam Rusiyanın beynəlxal hüququn subyekti kimi tanımadığı ərazidədir. Suallar isə çoxdur. Bunlar haqda XİN-in nümayəndəsi Artyom Kojin artıq bildirib. Təkrar edə bilərəm. Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? (silah haqda Əsgərovun qardaşı səfirliyə bildirib) Biz situasiyanı tam dərk edə bilməmişik. Bax Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir. Bizim təşəbbüsümüzlə məsələ Minsk Qrupu həmsədrlərinin gündəminə gətirilib. Mən Qırmızı Xaç nümayəndələri ilə təmasda bu haqda danışmışam. Situasiya qeyri-standart və qeyri-ordinardır. Və təkar edirəm ki, biz həll yolunu tapmaq üçün imkanlar axtarırıq», - Doroxin bildirib.