
Şərqi Asiyada gərginlik artır
Çin Tayvanı hədələyir
Çin Tayvanı hədələyir
Təlimdə 300 əsgər iştirak edib
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Yapon alimləri autizmə səbəb olan genetik qüsur tapıblar
Anbarlardakı ehtiyatlardan 200 min ton çıxarılacaq
Çinin iki təyyarədaşıyan gəmisi göründü
“Gripen” döyüş təyyarələrinin təhvil veriləcəyi tarix müəyyənləşib
4 əsgər yaralanıb
Rəqəmlər seçki ərəfəsində siyasi təzyiq yaradır
Adsız qəhrəmanların ağlasığmaz cəsarəti
Yaponlar Aya gedən yolda ilişib qalıblar
Uzunmüddətli Yapon istiqrazlarına maraq yenidən azalıb
TSMC əlavə 5 zavod və mərkəzlər tikməyi planlaşdırır
6,1 bal gücündə təkanlardan sonra sunami xəbərdarlığı olmayıb
Vaşinqton müxalifət partiyalarına da təzyiq edir: “Bu , ölüm-dirim məsələsidir”
İtirilən status 34 ildən sonra geri alındı
Tayvanın şərq sahillərində 7,4 bal gücündə güclü zəlzələ baş verib. İlkin hesablamalara görə, azı 4 nəfər ölüb, 50 nəfər yaralanıb. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin ölkənin şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu açıqlayıb.
Zəlzələdən sonra xilasetmə işlərinin aparıldığı episentrə ən yaxın olan Hualien şəhərində bir çox bina dağılıb.
ABŞ Geoloji Xidməti ilk təkandan sonra 20 dəqiqə ərzində Hualien şəhərindən 11 kilometr şimal-şərqdə, 12,6 kilometr dərinlikdə 6,4 bal gücündə ikinci silkələnmə qeydə alındığını açıqlayıb.
Bunun Tayvanda son 25 ildən sonra baş verən ən güclü zəlzələ olduğu bildirilsə də, təkanlar Tayvanın dağlıq ərazilərində də hiss olunub.
Paytaxt Taybeydə görüntülərdə binaların güclü şəkildə titrədiyi görünür.
Zəlzələdən sonra Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) adanın şimal bölgələri üçün sunami xəbərdarlığı etdi və daha sonra Yaponiya sunami xəbərdarlığını ləğv etdiyini açıqladı.
1999-cu ilin sentyabrında Tayvanda baş verən 7,6 bal gücündə zəlzələdə 2400 insan həyatını itirib, 5000 bina dağılıb.