vaxtlı-vaxtında oxuyun! Bazar, 19 yanvar 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ASİYA  
20:05 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 1055 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çində güclü fırtına

7 nəfər ölüb, 93 min insana ziyan dəyib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Həftə sonundan bəri Çinin cənubundakı Jianqxi əyalətində şiddətli fırtınalar davam edir. Fövqəladə daşqınlara nəzarət mərkəzinin məlumatına görə, əyalətin paytaxtı Nançanq və Jiujianq da daxil olmaqla 9 şəhəri və 54 mahalı əhatə edən fırtına 93 min insana ziyan vurub.

İndiyədək ştatda 7 nəfər ölüb, onlardan 3-ü Nançanq şəhərinin sakinləridir. Ölənlər 11 və 20 mərtəbəli binadan yıxılaraq həyatlarını itiriblər.

Güclü yağış və doluya səbəb olan tufan nəticəsində 2 min 751 evə, 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Bildirilib ki, ilkin hesablamalara görə iqtisadi itkilər 150 ​​milyon yuan (21,1 milyon ABŞ dolları) təşkil edib.