
“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ ilə Çin arasındakı ticarət müharibəsi nəticəsində neftə tələbin azalacağı gözlənilir. Tələbə dair narahatlıqların təsirilə Aprel ayının ortasında bu yana “Brent” nefti 20 faizdən çox ucuzlaşıb.
Aprel ayının ortasında “Brent”in qiyməti 75 dolları aşmışdı. Hazırda “Brent” 58,73 dollardan, ABŞ xam nefti (WTI) isə 53.50 dollardan alıcı tapır.
Ticarət gərginliyi ABŞ-da neft ehtiyatlarındakı azalmanı və İran Körfəzindəki hadisələri kölgədə qoyur.
ABŞ Neft İnstitutunun məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 3.4 milyon barel azalıb. Bir əvvəlki həftə azalma 6 milyon barel təşkil etmişdi.
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsi qlobal iqtisadi artıma mənfi təsir edir. Qlobal iqtisadi artımın ləngiməsilə neftə təlabatın azalacağı nəzərdə tutulur.
“Mizuho Securities Co.”nun strateqi Miyoko Nakaşima, “ABŞ - Çin anlaşılmazlığının uzun bir müddət davam edəcəyinə şübhə yoxdur. WTI neftin bareli bu il 45 dollara qədər düşə bilər”, deyib.
“Ayı bazarı” ifadəsi, əsasən bazarların bədbin vəziyyətdə olduğu, qiymətlərin uzun bir müddət azalma trendində olduğu hallarda istifadə edilir. Bir məhsulun “ayı bazarı”na girdiyini söyləmək üçün qiymətin əvvəlki yüksək səviyyəsindən azı 20 faiz aşağı düşməsi lazımdır.
“Neft qiymətləri 20-30 dollara düşə bilər”
ABŞ-ın iri investisiya banklarından “Bank of America Merrill Lynch”a (BofA) görə, Çin ABŞ-ın son əlavə gömrük tarifi addımlarına cavab olaraq İrandan xam neft almağa qərar verərsə, neftin barelinin qiyməti 30 dollara qədər geriləyə bilər.
“Bank of America Merrill Lynch”ın Araşdırma departamenti Brent neft üzrə qiymət təxminini 60 dollarda qoruduqlarını, ancaq Çinin İrandan ola biləcək neft alışının qiymətlərdə enişə səbəb olacağını, bu ssenaridə qiymətin 20-30 dollara qədər enə biləcəyi xəbərdarlığını edib.
ABŞ Prezidenti Donald Tramp, Sentyabrdan etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz vergi tətbiq edəcəklərini açıqladı. Bunun ardınca Çin, yuanın dəyər itirməsinə icazə verdi. Sonra isə ABŞ Çini “məzənnə manipulyatoru” elan etdi.