
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq
NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısının ilk günkü sessiyalarının sonunda birgə bəyanatla çıxış ediblər.
NATO-nun əhəmiyyətinə və çətin anlarda birlik olaraq möhkəm dayana bilmə qabiliyyətinə işarə edən Blinken, “İndi ittifaqımız hər zamankından daha güclü, daha böyük və bütövdür”, – deyib.
NATO-nun ildönümünü qeyd etməyə başladıqlarını, lakin indi qarşıdakı 75 ilə baxdıqlarını qeyd edən Blinken, NATO-nun yolunu güclü davam etdirməsi üçün çalışdıqlarını vurğulayıb.
İttifaq üzvlərinin hər zaman bir-birinin arxasında olduğunu və bunun onların əsas prinsipləri olduğunu izah edən Blinken, ittifaqa yönələ biləcək hər cür təhdidin qarşısını almaqda yetərli olduqlarını bildirib.
“Bu proses daim yenilənmə tələb edir. Hər kəs öz üzərinə düşəni etməlidir ki, alyans təkcə ötən 75 ilin problemlərini həll etmək üçün deyil, həm də bu gün üzləşdiyimiz yeni təhdidlərə cavab verməkdən ötrü lazımi imkanlara və bacarıqlara malik olsun”. Blinken Rusiyaya qarşı Ukraynanı dəstəkləməkdə qərarlı olduqlarını vurğulayıb.
İyulda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlaşdıqlarını bildirən ABŞ dövlət katibi bu sammitlə alyansın ruhunun daha da güclənəcəyini qeyd edib.
Yens Stoltenberq görüşdə Ukraynaya dəstəyin artırılması yollarının müzakirə edildiyini ifadə edərək, “ABŞ-ın Ukraynaya dəstəkdə lider ölkə olmağa davam etməsini təmin etmək öhdəliyinə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edirəm”, – deyib.
Müttəfiq ölkələr arasında yükün bölüşdürülməsinin hər zaman ən mühüm gündəm maddələrindən biri olduğuna diqqət çəkən Stoltenberq, “NATO 2014-cü ildə ÜDM-in 2 faizini müdafiəyə ayıracağına söz verərkən, yalnız 3 müttəfiq ölkə bu tələbi qarşılaya bildi. Bu gün NATO-ya üzv ölkələrin üçdə ikisi ÜDM-in 2 faizini müdafiəyə xərcləyir ki, bu önəmli irəliləyişdir”.
Bu məqsədə daha çox müttəfiq ölkənin çatmasını istədiklərini ifadə edən Stoltenberq, bundan sonrakı dövrdə buna nail olmağı hədəflədiklərini bildirib.
Stoltenberq sabahkı iclasda nazirlərin Asiya-Sakit Okean bölgəsindəki tərəfdaşları, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyalı həmkarları ilə görüşəcəklərini xatırladaraq, “Məncə, Ukraynadakı müharibə Avropanın təhlükəsizliyi ilə Asiya və Sakit okeanı ölkələrinin təhlükəsizliyinin nə qədər iç-içə olduğunu göstərir”, – o deyib.
“Təhlükəsizliyin regional deyil, qlobal olduğunu” vurğulayan Stoltenberq Asiya-Sakit Okean regionunda tərəfdaşlarla birgə işləməyin vacibliyini dilə gətirib.
NATO ölkələrinin xarici işlər nazirləri iyulda keçiriləcək sammitə hazırlıq, Ukraynaya yardımın davamlı olması və artırılması, NATO-nun 75 illiyini qeyd etmək üçün Brüsseldəki qərargahda bir araya gəlib.
İki gün davam edəcək görüş mətbuata qapalı olacaq. İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.