15:18 | 3 aprel 2024 | Çərşənbə
Məqaləyə 938 dəfə baxılıb
Şriftin ölçüsü
Norveçdə bomba xəbərdarlığı
Parlament boşaldılıb
Oslo polisi Norveç parlamentinin bomba xəbərdarlığı aldığını və polisin binanın ətrafında təhlükəsizliyi artırdığını açıqlayıb. Canlı yayımlanan videoda millət vəkillərinin müzakirələrini davam etdirdikləri görülüb.
Polis “Parlamentin təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün hadisə yerindəyik. Hələlik üçüncü şəxslər üçün təhlükə ilə bağlı hər hansı məlumatımız yoxdur”, – deyib.
Parlament sözçüsü bildirib ki, polis məsələni araşdırarkən binaya girişlər bağlanıb və insanlar binanı tərk ediblər.