Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:03 | 3 aprel 2024 | Çərşənbə
Məqaləyə 1312 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında həyata keçirilən terrorun əks-sədaları davam edir.
ABŞ mətbuatı 144 nəfərin öldüyü hadisə ilə bağlı yeni iddia irəli sürüb. Ölkənin aparıcı qəzetlərindən olan “Washington Post” yazıb ki, ABŞ kəşfiyyatı terrorun olacağı yeri hücumdan qabaq bildiribmiş. Bu bildirişin hadisədən iki həftə öncə ictimaiyyətə xəbərdarlıq edilməzdən əvvəl edildiyi də qeyd edilib.
ABŞ-ın Moskvadakı səfirliyi hücumdan iki həftə əvvəl elan dərc edərək, ölkədə bir neçə gün ərzində hücumun həyata keçirilə biləcəyi barədə xəbərdarlıq edib və amerikalılara izdihamdan çəkinməyi tövsiyə edib.
Martın 28-də mətbuat konfransı keçirən Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi, söz mövzusu terror təhlükəsi ilə bağlı “yazılı” təhlükəsizlik xəbərdarlıq notasını prosedurlara uyğun olaraq, martın 7-də Moskva vaxtı ilə saat 11.15-də çatdırdıqlarını bildirib.
Bir gün sonra bölgədə yaşayan Amerika vətəndaşlarına ictimai təhlükəsizlik xəbərdarlığı etdiklərini vurğulayan Kirbi, daha əvvəl də oxşar terror təhdidi qiymətləndirmələrini Rusiya rəsmilərinə çatdırdıqlarını bildirib.
Martın 22-də baş verən hadisə Rusiyanın demək olar ki, son 20 ildə gördüyü ən qanlı hücum olub. İŞİD-in Xorasan qolunun üzərinə götürdüyü hücumu təşkil etdiyi iddia edilən 4 Tacikistan vətəndaşı Rusiyada həbs edilib.
Digər tərəfdən, Rusiya rəsmiləri, xüsusilə Vladimir Putin, hücumda Ukraynanın rol oynadığını iddia edir. ABŞ isə Moskvanın bu iddialar üçün kifayət qədər sübut təqdim etmədiyini və bütün sübutların İŞİD-ə dəlalət etdiyini iddia edir.
“The New York Times” yazıb ki, bu son xəbərlə Rusiya kəşfiyyatının “Crocus City Hall”da niyə əlavə təhlükəsizlik tədbirləri görmədiyi daha çox suallar doğurub.
Məsələ ilə bağlı açıqlama verən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ-ın xəbərdarlığının çox ümumi olduğunu və mümkün hücumçuları tapmağa imkan vermədiyini bildirib.
Hücumdan bir neçə gün əvvəl Rusiya prezidenti Putin ABŞ-ın xəbərdarlığının şantaj olduğunu və cəmiyyəti qorxutmaq və sabitliyi pozmaq niyyətini nümayiş etdirdiyini iddia etmişdi.
Digər tərəfdən, Putin Moskva hücumundan sonra qeyri-qanuni immiqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı təhlükəsizlik tədbirlərinin artırılmasına dair göstərişlər verib.
Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşən Rusiya prezidenti qeyri-qanuni immiqrasiyanın ekstremizm və cinayət törətdiyini bildirib.
O, xarici kəşfiyyat bölmələrinin sərhədlərdə fəaliyyət göstərən cinayətkar təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.
“Crocus City Hall” konsert zalında hücumu həyata keçirdikləri bildirilən 4 nəfərdən başqa, hadisə ilə bağlı daha 8 nəfər həbs edilib.
Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov avtomobillə qaçmağa çalışan terrorçuların Ukraynaya istiqamət götürdüyünü işarə edərək, bu hücumda Kiyev, ABŞ və İngiltərənin İŞİD-ə kömək edə biləcəyini iddia edib.