İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:42 | 3 aprel 2024 | Çərşənbə
Məqaləyə 1233 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Suriya və Livandakı Qüds qüvvələrinin komandanı, briqada generalı Məhəmməd Rza Zahidinin Tehrandan qayıtmasından bir neçə saat sonra İran konsulluğunun yanındakı binada yerləşən İnqilab Keşikçiləri Ordusunun (SEPAH) qərargahı İsrail tərəfindən bombalanıb.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Qəzzada başlayan müharibə zamanı Livan və Suriya arasında altı ay “gəzinti”dən sonra Zahidi son bir neçə günü İranın paytaxtı Tehranla məmləkəti İsfahan şəhəri olmaqla ölkənin mərkəzində keçirib.
SEPAH-a yaxın din xadimi Mahmud Kərimi bildirib ki, Zahidi bazar günü gecə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində olub.
Zahidinin ölkəyə qayıtmasından əvvəl HƏMAS lideri İsmayıl Haniyə və İslami-Cihad lideri Ziyad ən-Nəhhalenin Tehranda İranını dini lideri Xameneyi, prezident İbrahim Rəisi və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədiyan da daxil olmaqla yüksək vəzifəli rəsmilərlə görüşləri olub. Zahidinin İran dönüşü bu görüşlərlə eyni vaxta təsadüf edib.
Zahidinin görüşlərdə iştirakı məlum deyil. Digər tərəfdən, fotoşəkillər Haniyənin həmkarı, Qüds Qüvvələrində Fələstin faylına nəzarət edən general Məhəmməd Səid Ezadinin İran Baş Qərargah rəisi Məhəmməd Baqeri ilə konsulluqdakı qərargahda keçirilən görüşdə iştirakını göstərir. Lakin SEPAH İzadinin hücum zamanı öldürüldüyünü təkzib edib.