
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Baş yepiskopun həyatı təhlükədə
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
Münasibətlərin normallaşmasına qərar verilib
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Hindistanda sağlamlıq böhranı təhlükəsi ilə qarşı-qarşıya
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Yunanıstan və Hindistan mediası Afinanın Türkiyəyə qarşı Dehlidən “Brahmos” raketləri alacağını açıqlayıb. Hər iki ölkənin mediası sözügedən raketi “S-400” Hava Hücumundan Müdafiə Sistemi ilə müqayisə edib.
Yunan və hind mətbuatında çıxan xəbərlərdə iki ölkənin Türkiyəyə qarşı hərbi ortaqlıq quracağı yazılıb. Yunan mediası Türkiyənin Egey, Krit və Aralıq dənizindəki üstünlüyünə qarşı çıxmaq üçün Hindistandan “Brahmos” raketləri alacağını yazıb və bunu “strateji silah” kimi qiymətləndirib: ““Brahmos” raketləri Türkiyə gəmilərinin və radarlarının reaksiya müddətini sahil müdafiəsi baxımından gərginləşdirəcək. Biz quruda və dəniz qüvvələrini bu raketlərlə təchiz etməliyik”.
Yunan mediası “Brahmos” raketlərini tərifləsə də, Afinadakı mütəxəssislər bu raketin qabaqcıl sistemlərə qarşı təsirsiz olduğunu bildirirlər. Mütəxəssislər həmçinin xatırladırlar ki, raketlər kifayət qədər baha başa gəlir. Bir raketin qiyməti təxminən 3,5 milyard dollardır.
“Brahmos” ilə “S-400” arasındakı əsas fərq Rusiya silahının sistemdən ibarət olmasıdır. “S-400” yüzlərlə kilometr uzaqlıqdakı bir təyyarəni və ya istənilən donanmanı izləyə bilir. “Brahmos” raketi isə kiçik və böyük gəmilərə orta dərəcədə ziyan vura bilən raket növüdür. “Brahmos kimi raketlər növündən asılı olaraq maksimum 400 kilometr hədəfləri təhdid edir. Bu məsafə “S-400” üçün orta səviyyədir. Qısa sözlə, bu tüfənglə sapanda arasındakı müqayisəyə bənzəyir.
***
1990-cı illərin ortalarından Türkiyə cənub qonşuları Suriya, İraq və İrandan yarana biləcək raket təhlükəsinə qarşı hava hücumundan müdafiə sistemi almağa çalışıb. Müdafiə Sənayesi Müşavirliyinin 2000-ci illərin əvvəllərindən bəri açdığı tenderlərdə heç bir nəticə alınmadı. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması Türkiyə üçün təhlükənin yenidən artmasına səbəb oldu. Türkiyənin təcili ehtiyaclarını ödəmək üçün NATO-ya müraciət etməsi nəticəsində ABŞ, Hollandiya və Almaniya Türkiyədəki inventarlarında Patriot müdafiə sistemlərini yerləşdirdi.
İspaniya və İtaliyanın raket əleyhinə sistemləri hazırda NATO missiyası çərçivəsində Türkiyədə yerləşdirilib. 2017-ci ildə Türkiyə Rusiya ilə “S-400” hava hücumundan müdafiə sistemləri üçün müqavilə imzalandığını açıqlayıb. Türkiyə rəsmiləri ümumi dəyəri 2,5 milyard dollar olan “S-400”lərin ilkin ödənişinin Rusiya rəhbərliyinə keçdiyini qeyd edərkən, bu əməkdaşlığın daha da inkişaf etdirilə biləcəyi, hətta “S-500”lərin birgə istehsal oluna biləcəyi mesajını verdilər. .
Bu ticarətə qarşı çıxan ABŞ müdafiə sənayesinin ən mühüm müştərilərindən olan Türkiyəni başqa istehsalçıya vermək və qərb texnologiyalarının Rusiyanın əlinə keçmə riskinə reaksiya verdi. Bundan başqa Vaşinqton administrasiyası Türkiyəni “F-35” proqramından çıxardı. Bu sanksiyalardan sonra Türkiyə yerli PUA və döyüş təyyarələrinin istehsalında daxili resurslara diqqəti artırdı.
Qərb texnologiyasının rusların əldə etməsi mümkün deyil. Çünki, Türkiyənin “S-400” hava hücumundan müdafiə sistemləri heç bir şəkildə NATO-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya oluna bilməz.