vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KRİMİNAL, CİNAYƏT  
12:52 | 22 iyul 2022 | Cümə Məqaləyə 4956 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DSX-nin hərbçiləri saxlanılıb

96 kq-a yaxın narkotiklə birlikdə

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

Bu barədə iyulun 22-də qurumun Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyul ayının 21-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 bağlama aşkar olunub.

“Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulan şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən DSX-nin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib”, – məlumatda bildirilir.

Hadisə yerində götürülən bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitə müəyyənləşdirilib.

Məlumata görə, cinayətin təşkilatçısı olan Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisənin digər iştirakçıların müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.