vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
08:44 | 21 aprel 2022 | Cümə axşamı Məqaləyə 756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

London ekstradisiya hökmü verdi

Culan Assancı ABŞ-da 175 ilədək məhbus həyatı gözləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

London məhkəməsi aprelin 20-də “WikiLeaks” saytının yaradıcısı Culian Assanjın Birləşmiş Ştatlara ekstradisiyası üçün order verib. Bu məsələdə son qərarı Britaniyanın daxili işlər naziri Priti Patel verməlidir.

Assancın vəkilləri yalnız bundan sonra məhkəmə hökmündən şikayət apellyasiyası verə bilərlər.

Birləşmiş Ştatlara təslim edilərsə, Assancı 175 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

ABŞ-da Assanca qarşı casusluq haqqında qanunun pozulması da daxil üst-üstə 18 ittiham irəli sürülüb.

O özünün “WikiLeaks” saytında ABŞ-ın müxtəlif dövlət idarələrinə aid məxfi sənədləri dərc edib.

Bu da qeyd olunur ki, bu sənədlərin bir hissəsi 2016-cı il ABŞ prezident seçkisinə iddia olunan müdaxilə zamanı Rusiya hakerlərinin dəstəyi ilə əldə oluna bilərdi.

Lakin ittihamnamədə bu epizod ayrıca olaraq qeyd edilmir.

Londonda aprelin 20-də keçirilmiş dinləmənin ərəfəsində “Sərhədsiz reportyolar” jurnalist təşkilatı “Wikileaks” saytının yaradıcısının azadlığa buraxılmasına çağırmışdı.

***

Assanc cinsi təcavüz ittihamı ilə İsveçə ekstradisiya ediləcəyindən qorxaraq 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

Lakin İsveç sonralar özünün ekstradisiya tələbnaməsini geri götürsə də, bu dəfə ABŞ onun təslim edilməsini tələb edirdi.

2019-cu ildə Ekvador Assancın sığınacaq hüququnu ləğv etdikdən sonra o London polisi tərəfindən həbs edildi.

Assanc o vaxtdan həbsxanadadır və məhkəmə onun ABŞ-a ekstradisiyası məsələsinə baxır.

Bu yaxınlarda Britaniyanın Ali Məhkəməsi Culian Assancın ekstradisiyasına qarşı verilmiş vəsatəti rədd edib.

Assancın vəkilləri iddia edirlər ki, onun dərc etdiyi sənədlər ABŞ-da yol verilmiş qanun pozuntularını faş edib və bu, ictimaiyyətin marağında olub.

Aprelin 20-də məhkəmə binasının qarşısına Assancın onlarca tərəfdarı toplaşmışdı.