vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
16:57 | 17 iyun 2022 | Cümə Məqaləyə 979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Assanc ABŞ-a doğru

Böyük Britaniya “WikiLeaks” təsisçisinin ekstradisiyasına yaşı işıq yandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın Daxili işlər naziri Priti Patel cümə günü “WikiLeaks” saytının təsisçisi Culian Assancın kriminal ittihamlarla mühakimə olunmaqdan ötrü ABŞ-a ekstradisiyasını təsdiqləyib. Müdafiə tərəfi apelyasiya şikayəti verəcəyini deyib.

“Britaniyanın daxili işlər naziri “WikiLeaks”in təsisçisi Culian Assancı 175 illik həbslə üzləşə biləcəyi ABŞ-a ekstradisiyasını təsdiqləyib. Mətbuat azadlığı və Britaniya demokratiyası üçün qara gündür. Qərardan şikayət veriləcək”, – Wikileaks “Twitter”də yazıb.

ABŞ hökuməti 18 maddə ilə ittiham irəli sürüb və 50 yaşlı avstraliyalını “WikiLeaks”in 500 min gizli hərbi sənədi yaymasına görə mühakimə etmək istəyir. Bunlara “WikiLeaks” tərəfindən Vaşinqtonun həyatını riskə atdığını bildirdiyi çoxlu məxfi hərbi sənədlərin və diplomatik teleqramların yayımlanması ilə bağlı casusluq iddiaları daxildir. Həmin sənədlər İraq və Əfqanıstan müharibələrinə aid olub.

Tərəfdarları və vəkilləri isə Assancın jurnalist kimi hərəkət etdiyini deyirlər. Onun ifadə azadlığının müdafiəsini nəzərdə tutan Birinci Düzəlişlə hüquqlarının yarandığını bildirirlər. Sözügedən sənədlər isə ABŞ-ın İraq və Əfqanıstanda yol verdiyi hərbi səhvləri ifşa edib.

Daxili İşlər Nazirliyi bəyanatında Assancın apelyasiya vermək üçün 14 günü olduğunu bildirir. O, hələ də Londondakı Ali Məhkəməyə müraciət edə və nəticədə öz işini Böyük Britaniyanın Ali Məhkəməsinə çatdıra bilər. Lakin onun appellyasiya müraciəti rədd edilərsə, Assanc 28 gün ərzində ekstradisiya edilməlidir.

“Bu işdə Böyük Britaniya məhkəmələri Assancın ekstradisiyasının repressiv, ədalətsiz və ya hüquqdan sui-istifadə olacağını hesab etməyiblər. Onlar həmçinin ekstradisiyanı onun hüquqları, o cümlədən ədalətli məhkəmə araşdırması və ifadə azadlığı ilə ziddiyyət təşkil edəcəyini hesab etməyiblər. Onlar hesab ediblər ki, ABŞ-da onunla lazımi səviyyədə rəftar olunacaq, o cümlədən sağlamlığı ilə əlaqədar”, – deyə Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Jurnalist təşkilatları və insan haqları qrupları Britaniyanı ekstradisiyadan imtina etməyə çağırmışdı. Bununla belə, Priti Patelin qərarı Assancın onun ittihamçıları ilə on ildən artıqdır davam edən hüquqi mübarizəsinin sonu demək deyil.