“İskəndər”in “doğulduğu” institut yandı
Yanğın nəticəsində 6 nəfər ölüb, 27-si xəsarət alıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
-
“Onlarda alınmayacaq”
Putin Zaxarçenkonu öldürənləri hədələdi
-
Moskva və İrəvan ənənəvi Qarabağ kursunu dəyişəcəkmi?
Ermənistandakı siyasi böhran işğalçı ölkənin Azərbaycanla münasibətlərində və konfliktin taleyində mühüm iz qoya bilər, əgər...
Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi kosmik-hava qüvvələrinin mərkəzi elmi-tədqiqat institutunda (ETİ) yanğın olub. Yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir. “İnterfax” agentliyinin verdiyi xəbərə görə institutun binası tamamilə yanıb və damı uçub.
Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə alov sürətlə yayılıb və 1500 kvadrat metrlik sahəni əhatə edib.
“İnterfax” xəbər verir ki, yanğın institutun inzibati binasının 2-ci mərtəbəsində başlayıb. Bu da xəbər verilir ki, binanın damı taxta, divarları isə plastiklə örtülmüşdü. TASS yanğının elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimalının olduğunu yazır. Hərbçilər ETİ elmi heyətinin evakuasiya olunduğunu bildirirlər.
Rusiya Müdafiə Nazirliyi hərbi-kosmik qüvvələrin elmi-təqdqiqat institutu 2014-cü ildə yaradılıb. “Skoro voyna” Telegram kanalı bildirir ki, bu müəssisə “İskəndər” raketlərinin, zenit qurğularının və Tu-160 strateji bombardmançı təyyarələri üçün “gözəgörünməzlik” sistemləri üzərində işləyir.
Sayt yazır ki, adamlar zəhərli qazlardan boğulmamaq üçün özlərini binanın pəncərələrindən atırdılar.