vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
20:45 | 9 may 2022 | Bazar ertəsi Məqaləyə 979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda un 5 dəfə bahalanıb

Çörək, makaron, şirniyyat məhsullarının da qiyməti qalxacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda unun kəskin bahalanması sosial iğtişaşlarla bağlı xəbərdarlıqlara yol açıb. Məsələ ondadır ki, hakimiyyət idxal olunan buğda üçün subsidiyaları dayandırmaq qərarına gəlib. Mayın 1-dən qüvvəyə minən qərar unu 500 faizədək bahalandırıb, qiymətin daha da artacağı gözlənir. Çörək, makaron, şirniyyat məhsullarının da qiyməti qalxır, mağazalarda rəflər boşalır.

Qəfil durum fars-molla rejiminə sadiq deputatların mümkün etirazlarla bağlı xəbərdarlıq səsləndirməsinə səbəb olub.

***

SEPAH-ın (İslam İnqilab Keşikçiləri Korpusu) Bəsic hərbi qrupuna aid – “Tələbə Bəsici” sərt-xətt tərəfdarları mayın 5-də prezident İbrahim Rəisiyə xəbərdarlıq ünvanlayıb: “Sizə qətiyyətlə bildiririk ki, cəmiyyət qiymətlərin bu səviyyədə artımına hazır deyil. Son həftələr bazarlardakı təlatüm, özəlliklə Kənd Təsərrüfatı Nazirliyinin sənaye istehsalçıları üçün unu bahalandırması sosial fəsadlara və iğtişaşlara yol açar”.

İslahatçı siyasətçi Cəlil Rəhimi Cahanabadi də qərarı tənqid edib. O, “Twitter”də yazıb ki, subsidiyaların ləğvi və unun qiymətinin dolların yaratdığı qlobal həddə yüksəlməsinə imkan vermək “hökumətin böyük səhvi idi”.

“Xalqın səbir kasası illərdir dolur”, – o qeyd edib.

ABŞ-ın sanksiyaları, illərdir davam edən pis idarəçilik bir çox iranlının çətinliklə dolanmasına səbəb olub. Rəsmi statistikaya görə, inflyasiya 40 faizə yaxındır, ərzaq inflyasiyasının daha yüksək olduğu güman edilir. İran mediası son illər düyünün 130 faiz bahalandığını yazır. Bu səbəbdən çox istehlakçı çörək kimi alternativ məhsullara keçib.

Rəisi administrasiyası artan defisiti yoluna qoymaq üçün dərman subsidiyalarını da kəsib.

***

İran Un İstehsalçıları Assosiasiyasının başçısı Məhəmməd – Rza Mürtəzavi mayın 2-də deyib ki, ölkə xarici buğdadan həmişəkindən daha çox asılıdır, 2022-ci ildə 20 milyon tondan çox buğda idxal edəcək. “Müharibə səbəbindən Ukraynadan buğda ixracına maneələri nəzərə alanda İran kənd təsərrüfatı məhsullarının ucuzlaşmasını gözləyə bilməz”, – Mürtəzavi deyib.

İran ötən il 16.5 milyon tona yaxın buğda idxal edib. İran buğdanı ən çox Rusiyadan alır.

Mürtəzavi aprelin sonunda deyib ki, çörək sexləri və ərzaq istehsalçılarına hökumət subsidiyalarının kəsiləcəyi, unun bahalanmasının onların məhsullarına təsiri haqda öncədən xəbərdarlıq edilib.

Maliyyə Nazirliyi rəsmisi isə mayın 5-də bəyan edib ki, istehlakçıların subsidiyalı çörəklə təminatını hədəfləyən yeni proqram təqdim olunacaq.

“Adamlar çörək üçün əvvəlki pulu verəcək, fərqi hökumət ödəyəcək”, – nazirlik rəsmisi İbrahim Siami söyləyib. O proqramın nə vaxt işə salınacağını deməsə də, bir neçə günə başlayacağı bildirilir.

İctimai iğtişaşlar haqda xəbərdarlığın əsassız olmadığını deyilir. Ötən yay İranın qərbində su qıtlığı kütləvi etirazlara səbəb olub. Bir çox şəhərdə günlərlə çəkəm etirazlar zorakılıqla yatırdılıb.

2019-cu ildə hökumətin benzini qəfil bahalandırması İranın 100-dən çox şəhərində etirazlara yol açıb. Etirazların zorla yatırdılması nəticəsində 300-dən çox etirazçı, yoldan keçən öldürülüb.

Yanvarda mühafizəkar deputat Əhməd Nadiri xəbərdarlıq edirdi ki, hökumət gələn ilin büdcəsinə qənaət məqsədilə ərzaq subsidiyalarını ixtisar etməklə düzgün davranmır: “Xəbərdarlıq edirəm, bu yanaşmalar davam etsə, böyük sosial qarışıqlıq həddinə çata bilərik”.