vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
19:56 | 9 mart 2014 | Bazar Məqaləyə 1583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir oğlu təyyarəni havada geri döndərdi

Aeroportunun direktor müavini bu insidentə görə işdən azad edildi və həbs olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Belə görünür ki, məmur uşaqlarının harınlıq etməsi təkcə Azərbaycanda baş vermir. Hər gün onlarla adamın öldüyü İraqda da nazir uşaqları kefləri istəyəni edə bilirlər.

Məlum olub ki, İraq nəqliyyat nazirinin oğlu Beyrutdan Bağdada uçan sərnişin təyyarəsini hirslənərək havadan geri qaytarıb. Buna görə də ölkədə qalmaqal yaranıb.

Virtualaz.org saytı «Frans press»ə istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutdan İraqın paytaxtı Bağdada uçan  və «MEA Airlines» şirkətinə məxsus olan sərnişin təyyarəsi nəqliyyat nazirinin oğlunun göstərişi ilə Bağdad aeroportuna enmədən geri qayıdıb.

Xəbərə görə, martın 6-da Beyrutdan Bağdada uçan sərnişin təyyarəsi 6 dəqiqəlik gecikmə ilə saat 12:40-da havaya qalxıb. Gecikmənin səbəbi İraqın nəqliyyat naziri Hadi əl-Əmirinin oğlu Mehdi əl-Əmirinin təyyarəyə gecikməsi olub. Bütün anonslara baxmayaraq Mehdi və dostları təyyarəyə vaxtında çatmayıblar.

Nazir oğlu qapıya yaxınlaşanda təyyarənin artıq havaya qalxdığını öyrənib və qəzəblənərək «o təyyarənin Bağdada enməsinə icazə verməyəcəm» deyə qışqırıb. Nəticədə təyyarə havaya qalxandan 21 dəqiqə sonra Beyruta geri dönməli olub.

Hava yolları şirkətinin rəsmiləri insidenti təsdiqləyiblər və nazir oğlunun hərəkətinə görə sərnişinlərin həyatının riskə atıldığını deyiblər. İraq tərəfi isə əvvəlcə bildirib ki, təyyarənin enişinə Bağdad aeroportunda aparılan təmizlik işlərinə görə icazə verilməyib.

İraq Nəqliyyat Nazirliyinin rəsmisi nazir oğlunun adının sərnişinlərin siyahısında olmadığını deyib.

Lakin Bağdad aeroportundakı mənbə bildirib ki, həmin saatlarda aeroport adi iş rejimində idi və təyyarələri qəbul edirdi.

Bu gün isə Bağdad aeroportunun direktor müavininin bu insidentə görə işdən azad edildiyi və həbs olunduğu açıqlanıb. Onun təyyarənin Beyruta geri qaytarılmasında hansı rolunun olduğu açıqlanmır.

Aeroportun direktor müavini Samer Kubbanın elə dünən həbs olunduğu bildirilir. Baş nazir Nuri əl-Malikinin nümayəndəsi bildirib ki, Kubba «İraq dövlətinin imicinə mənfi təsir edə bilən hərəkətə görə» həbs olunub. Baş nazirin nümayəndəsi deyib ki, Nuri əl-Maliki təyyarənin Beyruta geri qaytarılmasına görə məsuliyyət daşıyanlar işdən azad edilib cəzalandırılmasını tapşırıb.