vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
10:18 | 12 iyun 2022 | Bazar Məqaləyə 740 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Cərimələr rublla ödənəcək

Rusiya Avropa Məhkəməsinin martın 15-dən sonrakı qərarlarını icra etməyəcək, həm də...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2022-ci il martın 15-dən sonra çıxardığı qərarları icra etməyəcək. Beləki, Rusiya prezidenti Vladimir Putin AİHM-in çıxardığı qərarların icra edilməməsi ilə bağlı Dövlət Dumasının bir müddət əvvəl qəbul etdiyi qanun layihəsini imzalayıb.

AİHM-in martın 15-dən əvvəl verdiyi qərarlarla bağlı cərimələri isə Moskva Rusiya hesablarına, həm də yalnız rublla ödəyəcək. Qanun layihəsi bu həftə təsdiqlənib.

Rusiya 1996-cı ildə Avropa Şurasına üzv olub. Fevralın sonunda təşkilat Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ölkənin üzvlüyünü dayandırıb.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Şuranın işində iştirak etməyəcəklərini açıqlayıb. Rusiya martın 16-da Avropa Şurasından çıxarılıb. (Rusiya özü qurumdan çıxdığını elan edib)

Rusiyanın keçmiş prezidenti və ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın Avropa Şurasından çıxarılmasını “ölüm hökmü kimi bir sıra mühüm institutların bərpası üçün fürsət” adlandırıb. Hakimiyyət cinayət əməllərinə görə bu cəza tədbirini qadağan edən Avropa İnsan Hüquqları Konvensiyasını ləğv etmək niyyətindən danışıb.

Bu həftə xüsusilə AİHM Rusiya Yehovanın Şahidlərinin xeyrinə qərar çıxararaq, bu təşkilatın ekstremist kimi tanınmasını və onun ardıcıllarının cinayət təqibini insan hüquqlarının pozulması kimi tanıyıb.

Bir sıra hüquqşünas və hüquq müdafiəçiləri hesab edirlər ki, Avropa İnsan Haqları Konvensiyası Rusiyaya Avropa Şurasından çıxarıldıqdan sonra daha altı ay müddətində şamil olunur və buna görə də Rusiya AİHM-in sentyabrın ortalarına qədər çıxardığı qərarlara əməl etməlidir.