vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
23:42 | 25 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 1533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Keçi can hayındadır...»

Rusiya gözlənilən sanksiyaları dərd edərkən, Ermənistan da kredit istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan hökuməti martın 27-də keçiriləcək iclasda Metsamor Atom Elektrik Stansiyasının (AES) 2-ci enerji blokunun istifadə müddətinin artırılmasını nəzərdə tutan layihəni müzakirəyə çıxaracaq.

APA-nın «RBK»ya istinadən verdiyi xəbərə görə, Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən qərar layihəsinə əsasən, qeyd olunan proqramın reallaşdırılmasına kreditin cəlb edilməsi məqsədilə Ermənistan və Rusiya arasında hökumətlərarası sazişin imzalanması üçün Ermənistanın maliyyə naziri David Sarkisyana mayın 1-dək lazımi tədbirlərin görülməsinə dair göstəriş veriləcək.  

Bundan başqa, Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyana «Ermənistan AES-i» QSC və «Rosatom» dövlət korporasiyasının «Rosatom servis» QSC-si arasında Ermənistan Atom Elektrik Stansiyasının istifadə müddətinin artırılmasının texniki imkanlarının əsaslandırılmasına dair sazişi imzalamaq tapşırılacaq.   

Proqramın birinci mərhələsi yekunlaşdıqdan sonra 2 ay müddətində risklərin auditini keçirmək nəzərdə tutulub. Auditin müsbət rəyi alındıqdan sonra 1 ay müddətində Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun əlavə müddətdə istifadə olunmasına dair «Ermənistan AES-i» QSC və «Rosatom» dövlət korporasiyasının «Rosatom servis» QSC-si arasında sazişin imzalanması planlaşdırılır.  

Qeyd edək ki, Ermənistan Atom Elektrik Stansiyası 1976-cı ildə istifadəyə verilib. Stansiyanın fəaliyyəti 1989-cu ildə baş vermiş güclü zəlzələdən sonra dayandırılmışdır, lakin, ölkədə yaranmış kəskin enerji böhranı səbəbindən 1995-ci ildə yenidən istifadəyə verilib. Hazırda Ermənistan Atom Elektrik Stansiyasının 407,5 МVt gücündə olan 2-ci enerji bloku fəaliyyət göstərir.

Ermənistan hökuməti 2012-ci ilin aprelin 19-da Metsamor Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun istifadə müddətinin 2026-cı ilədək artırılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan Ermənistan Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı təhlükəni daim beynəlxalq təşkilatlarda diqqətə çatdıraraq köhnəlmiş elektrostansiyanın fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir.

Azərbaycan prezidenti İlham Əliyev Haaqa şəhərində (Niderland) keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində bugünkü çıxışı zamanı da Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq deyib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir: «Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır».