vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
09:54 | 22 avqust 2022 | Bazar ertəsi Məqaləyə 4362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Darya Duginanı biz öldürdük”

Rusiya Azadlıq Ordusu Bəyanat verdi, məsuliyyəti üzərinə götürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Milli Respublika Ordusu Darya Duqinanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Bu barədə özünün “Youtube” kanalında Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev bildirib.

“Rusiya ərazində törədilən digər aksiyalar kimi bu aksiya da Milli Respublika Ordusu tərəfindən reallaşdırılıb. Biz “Pospartizan” resursu ilə həmin qurumun döyüşçüləri ilə əlaqə yaratmışıq.

MRA mənə öz manifestlərini oxumaq üçün vəkalət verib”, – deyə sabiq deputat vurğulayıb.

Daha sonra Ponomaryev Bəyanatı oxuyub.  Sənəddə deyilir ki, Respublika Ordusunun döyüşçülərini müharibə səbəbkarlarına, qarətçilərə və Rusiya xalqlarına zülm edənlərə qarşı olan fəallar, hərbçilər və siyasətçilər təşkil edir.

MRA bəyan edib ki, öz hədəfləri sırasında Putinin, Rusiyanın hökumət üzvlərinin, korrupsioner biznesmenlərin, güc strukturlarının və hərbi yük daşıyan işçilərin olduğunu açıqlayıb.

“Biz prezident Putini hakimiyyəti ələ keçirməkdə ittiham və hərbi cinayətlərdə əli olduğunu, slavyan xalqları arasında qardaş qırğını saldığını, rus əsgərlərini labüd və mənasız ölümə göndərdiyini bəyan edirik”, – deyə Bəyanatda deyilir.

“MRA mülki obyektlərə hucum etməyəcəyini vəd edib.

Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.

Qeyd edək ki, dünən “rus dünyası” ideyasının rəhbəri, filosof Duqinin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində Darya Duqina həlak olub.