vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
23:54 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1059 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sülh üçün ən böyük təhlükə ...”

Estoniya parlamenti Rusiya rejimini terrorçu kimi tanıyıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ERR nəşrinin bildirdiyinə görə, Estoniya parlamenti Ukrayna ərazilərinin ilhaqını pisləyən və Rusiyanı terrorizmə sponsorluq edən dövlət olması ilə bağlı qətnaməni təsdiqləyib. Qəzet yazıb ki, bəyanatı bitərəf və əleyhinə səs vermədən parlamentin 88 deputatı dəstəkləyib.

“Ukrayna parlamentinin dövlətlərə və beynəlxalq təşkilatlara müraciətini dəstəkləyən Riyqikogu Rusiya rejimini terrorçu, Rusiyanı isə terrorizmin himayədarı dövlət elan edir və onun hərəkətlərinə qarşı birgə müqavimət göstərilməlidir”, – deyə sənəddə bildirilib.

Sənəddə Estoniyanın Ukraynaya təcavüzü və saxta referendumlar nəticəsində ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacağı vurğulanıb.

“Qətnaməni pozmaqla qanun yaratmaq mümkün deyil. Putin rejimi nüvə silahı ilə hədələməklə, Rusiyanı həm Avropada, həm də bütün dünyada sülh üçün ən böyük təhlükəyə çevirib” deyilib.

Estoniya, həmçinin təcavüzə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edib.

“Bu gün tarixi gündür. Estoniya parlamenti yeni bəyanat qəbul edib. Ukrayna ərazisinin ilhaqını pisləyib və Rusiya rejiminin terrorçu elan edib. Estoniyalı dostlarımıza təşəkkür edirik”, – deyə Ukraynanın Estoniyadakı səfiri Maryana Betsa “Twitter” səhifəsində yazıb.

Latviya Seymi də bu ilin avqustunda Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Sənəddə deyilib ki, Rusiya məqsədli şəkildə Ukrayna ərazisində dinc əhaliyə hücum edir.

Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib. Sənəddə “bu təcavüz [Rusiyanın Ukraynaya qarşı təcavüzü] özlüyündə cinayət, beynəlxalq hüququn pozulması, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi birmənalı şəkildə pislənməlidir”, deyilib.

AŞPA, həmçinin Ukraynaya silah yardımını davam etdirməyə çağırıb.