Avropa kisənin ağzını açıb
Moldovaya 250 milyon avro yardım
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qaçqınları Avropaya buraxacağıq” ...
... deyən Ankara Brüsselin boğazından yapışıb
-
“Sərt addımlar atacağıq”
Avropa İttifaqı Azərbaycanı Rusiya təbliğatından qoruyacaq
-
«İsgəndər»lər «Metsamor» AES-i qoruyur?
Yaşar Aydəmirov: «Cəfəngiyatdır, bu sistemlər hava hücumundan müdafiə üçün nəzərdə tutulmayıb»
-
Ermənistanın taleyində kritik 10 gün
Putinin boyunduruqlu Sərksiyanı çoxməchullu tənliklə üzbəüz - bir-birinə zidd Brüssel-Moskva anlaşmaları ...
-
Bitkoin nədir ...?
... və Azərbaycanda ondan istifadə nə dərəcədə realdır?
-
TANAP-a daha 500 milyon dollar
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana kredit ayırır
-
Kataloniya böhranı
Separatizm, yoxsa populizm?
-
Ukrayna-Rusiya arasında yeni sövdələşmə
«Qazprom» vaxtı uzatdı
Moldovaya rəsmi səfər edən Avropa İttifaqı Komissiyasının sədri Ursula Von der Leyen Rusiyanın Ukraynadakı müharibəsi fonunda Avropanın ən kasıb ölkələrindən birinin ağır enerji böhranından çıxmasına yardım etmək üçün 250 milyon avroluq maliyyə paketi ayrılacağını bəyan edib.
Von der Leyen noyabrın 10-da bildirib ki, Moldova yanvarın 1-dən başlayaraq bu qış qaza olan ehtiyaclarını ödəmək üçün Avropa İttifaqından 100 milyon avro qrant və eyni məbləğdə kreditlər almalıdır.
Moldovanın qərbyönlü Prezidenti Maya Sandu ilə birgə keçirilən mətbuat konfransında Von der Leyen deyib ki, əlavə 50 milyon avro ölkənin ən həssas vətəndaşlarına yardım üçün ayrılacaq.
“Avropanın Moldova Respublikası ilə həmrəyliyi sarsılmazdır. Sizi əmin edirik ki, bu böhrandan çıxmaq üçün sizə yardımda əlimizdən gələni edəcəyik”, – deyə Von der Leyen bildirib.
27 üzvlü blokun icra başçısı bildirib ki, bu ayın sonunda Parisdə Moldovaya enerji resurslarının alınmasına yardım etmək üçün donorların toplantısı keçiriləcək.
Rusiyanın qonşu Ukraynaya əsassız hücumu fonunda Moldova yüz minlərlə qaçqını qəbul edib.
Von der Leyen deyib ki, moldovalılar Ukraynaya necə yardım edirsə, Avropa İttifaqı də Moldovaya elə yatdım edəcək.
“Moldova bizim Avropa ailəmizin bir hissəsidir və zaman çətinləşəndə ailə bir yerdə olmalıdır”, – Von der Leyen deyib.