Bitkoin nədir ...?
... və Azərbaycanda ondan istifadə nə dərəcədə realdır?
G.ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
Bir neçə ay öncə Nyu-York şəhərində yerləşən «Montessori» uşaq bağçaları ailələrdən ödəmələri virtual pul vahidi olan bitkoinlə qəbul etməyə başlayıb. Bəzi ölkələrdə, o cümlədən, Böyük Britaniya və Yunanıstanda xeyli sayda universitetdə ödəmələr bu kriptovalyuta ilə həyata keçirilir. Dünyanın aparıcı dövlətləri yeni rəqəmsal ödəniş vasitələrinin işlənilməsi və təcrübəyə yönəldilməsi prosesinə start verib. Yaponiya bu ilin aprelindən bitkoini ölkə daxilində ödəniş vasitəsi kimi qəbul etdi. Ötən il Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikoyay Nikiforov da kriptovalyuta istehsalına başlayacaqları barədə rəsmi açıqlama vermişdi. Artıq Azərbaycanda da müəyyən xidmət və mallar üzrə kriptovalyutadan istifadənin mümkünlüyü ilə bağlı fikirlər səsləndirilir.
Bəs bitkoin nədir? Azərbaycanda bu valyutadan istifadə nə dərəcədə realdır?
Bitkoin 2008-ci ildə Satoşi Nakamuto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləri ilə alınıb satıla, transfer edilə bilən rəqəmsal pul vahididir. Bitkoinin özündən asılı bir dəyəri olmadığı üçün insanların istəyi ilə dəyər qazandığını söyləmək doğru olar. Onun dəyərini bazardakı tələb və təklif şərtləri təyin edir. Tələb artdıqca qiyməti artır, düşdükcə dəyəri azalır. Dövriyyədə məhdud miqdarda bitkoin var, yeni bitkoin yalnız tələb olduğu hallarda yaradılır.
Bitkoindən istifadə etmək üçün əvvəlcə cüzdan yaratmaq lazımdır. Bu virtual pulqabı həm mobil telefonda, kompüterdə, həm də internet vasitəsilə web xidmətlərindən istifadə etməklə yaratmaq olar. Adambaşına cüzdan limiti yoxdur. İstədiyiniz qədər cüzdan yarada bilərsiniz. Həm də bu cüzdan üçün xüsusi məlumatları verməyə də ehtiyac yoxdur. Yaradılan bu virtual pulqabı ilə pul almaq, göndərmək, hətta alış-veriş etmək də mümkündür.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, son vaxtlar bitkoinə atran maraq virtual kriptovalyutanın mübadilə məzənnəsinin 5 min dollara çatması ilə əlaqədardır. Ekspert bildirir ki, son vaxtlar böyük populyarlıq qazansa da, mərkəzləşdirilmədiyindən onun zəmanət mexanizmi yoxdur: «Bitkoin kriptovalyuta ehtiyatıdır və kriptovalyutanın yeganə növüdür ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bitkoinlər xüsusən də plastik kart funksiyasını yerinə yetirir. Bu virtual valyuta ilə internet üzərindən alış-veriş etmək mümkündür və bəzən internet səhifələrində bitkoindən istifadə zamanı güzəştlər də təklif olunur. Bitkoinlər həm plastik kart funksiyasını daşıyır, həm də qiyməti qalxırsa, istifadəçi yığım vasitəsi kimi ondan gəlir əldə edir. Yəni o həm də yığım vasitəsi kimi istifadə olunur. Amma bitkoinin əsas çatışmazlığı bu kriptovalyutanın çox həssas olmasıdır. Bitkoinlərin qiyməti xüsusən xarici ölkələrin qəbul etdiyi qərarlardan asılı olaraq müəyyənləşdirilir. Ondan yığım vasitəsi kimi istifadə xeyli risklidir. Bitkoinlərlə bağlı Beynəlxalq Valyuta Fondu da insanlara xəbərdarlıq etmişdi. Çünki bu valyuta mərkəzləşdirilməyib və mərkəzləşdirilmədiyinə görə də, onun zəmanət mexanizmi yoxdur. Hansısa ölkə bitkoinlərdən istifadəni qadağan edirsə, bu, nəticə etibarı ilə onun dəyərini itirməsinə gətirib çıxarır. Məsələn, bir müddət əvvəl Çin bitkoinlərdən istifadənin məhdudlaşdırılacağı ilə bağlı açıqlama vermişdi, bundan sonra bitkoinlərin qiyməti aşağı düşdü».
Ekspert deyir ki, istənilən halda, bitkoinlərin internet səhifəsinə daxil olmaqla hər kəs pul qabı yarada və bitkoin ala bilər. Eyni zamanda bitkoinin internet saytından qeydiyyatdan keçməklə yaxın ərazidə - Bakı şəhərində kimlərin bitkoinə sahib olduğunu, kimlərin bitkoin satdığını müəyyənləşdirmək olar. İşlənmə coğrafiyası ilə bağlı hər hansı bir məhdudiyyət olmadığına görə Azərbaycanda da işlənməsi realdır.
Bəzi iqtisadçılar isə hesab edirlər ki, bu ödəniş sisteminin tətbiq olunması üçün ilk növbədə cəmiyyətdən hökumətə təklif getməlidir. Yəni ilk növbədə bitkoinin ödəniş vasitəsi kimi bazarı yaranmalıdır. Həmçinin Azərbaycan əhalisi arasında kriptovalyutanın tətbiqi barədə informasiya çox aşağıdır.
İqtisadçı Rəşad Həsənov hesab edir ki, bunun üçün təbliğat işi aparılmalıdır. İnvestorlar və digər fərdi şəxslər tərəfindən bu ödəniş vasitəsinə tələb yarandıqda, artıq hökumət də hərəkətə keçər və sistemin tətbiqi üçün işlər görməyə başlayar. Əsas məsələlərdən biri bitkoinin ödəniş vasitəsi kimi hüquqi bazasının yaradılmasıdır. Bunun üçün isə əvvəlcə bazar formalaşmalıdır.
İqtisadçının sözlərinə görə, Azərbaycanda bitkoinlərin ödəniş vasitəsi kimi tətbiq olunması növbəti mərhələlərdə mümkün olacaq: "Dünyada bu virtual ödəniş vasitəsi sürətlə genişlənməkdədir. Artıq bir çox ölkələr bitkoinlərin tədavülünə icazə verirlər. Bitkoinlərin dəyəri qısa müddət ərzində 100 dəfərlərlə artıb. Bir çox ölkələr hazırda bu ödəniş vasitəsinin hüquqi bazasını yaradır. Məsələn, artıq Yaponiyada bitkoinlər rəsmi ödəniş vasitəsi kimi qəbul olunub. Həmçinin ABŞ-da bu ödəniş vasitəsinə keçidlə bağlı müzakirələr aparılır. Sürətlə qloballaşan dünyada bu sistemin Azərbaycana qısa müddət ərzində tətbiq edilməsi üçün təbliğat işi genişləndirilməlidir. Azərbaycanlılar nağd pulla ödəniş etməyə daha maraqlıdırlar. Ona görə də, bu sistemin kütləviləşməsi üçün böyük iş görülməlidir. Təbliğat aparmaqla bitkoinləri insanlar üçün etibarlı ödəniş vasitəsinə çevirmək mümkün olar.
Bitkoinlər barədə informasiyanın aşağı olmasına baxmayaraq, Azərbaycanda da bu ödəniş vasitəsini əldə edən və internet üzərində əməliyyat aparan şəxslər var».
Xatırladaq ki, bu il sentyabrın 30-dan etibarən Azərbaycanın internet məkanına azcoin.az adlı sayt daxil olub. O hələlik tam fəaliyyətə başlamayıb, pilot layihə kimi təqdim olunub. Bununla da Azərbaycanda milli kriptovalyutanın yaradılması prosesinə start verilib.
Məlumat üçün bildirək ki, bitkoinlə ilk real alış 7 il bundan öncə baş tutub. Lazlo Xaqneş 10 min bitkoinə «Papa John’s» restoranından iki pizza sifariş edib. O vaxt 1 bitkoin 1 dollardan aşağı qiymətə satılırdı. Bu gün həmin o iki pizzaya xərclənən bitkoinləri 21 milyon dollardan daha çox məbləğə dəyişmək olardı.
Əvvəl tranzaksiyaların anonimliyindən istifadə edərək, bitkoinləri narkotik, silah və saxta sənədlərin alış-satışının hesablamaları üçün istifadə edirdilər. Daha sonra bitkoinləri dünyada qəbul edən şirkətlərin sayı artdı. Məsələn, 2013-cü ildə «Lamborghini» bu kriptovalyutanı qəbul edən ilk avtomobil şirkəti oldu. Həmçinin, həmin il «Skycraft Airplanes» aviaşirkətinin təyyarəsi bitkoinlərlə satılan ilk təyyarədir.